Bütün xəbərlər
test
7 noyabr, 13:18

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Nuray Abdullazadə və Cavad Əliyev tərəfindən hazırlanmış “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə şəhərlərdə artan nəqliyyat vasitələrinin yaratdığı parklanma yeri problemini ağıllı və təhlükəsiz üsulla həll etməyi hədəfləyir. Layihə sürücülərə real vaxt rejimində məlumat verərək parklanma yeri tapmaq prosesini asanlaşdırır.

Təqdimat mərasimində professor Məzahir İsayev çıxış edərək layihəni yüksək qiymətləndirib. Professor əlavə olaraq digər tələbələri də texnologiya sahəsində öz kreativ fikirlərini reallaşdırmağa, ölkənin gələcək inkişafına töhfə verən layihələrdə fəal iştirak etməyə çağırıb.

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva isə belə layihələrin tələbələrə təkcə nəzəri deyil, həm də praktik bacarıqlar qazandırdığını, şəhər problemlərinə bu cür həllərin tapılmasının sevindirici olduğunu söyləyib.

Qeyd olunub ki, bu təqdimat tələbələrin problemlərə ağıllı yanaşmasını və texnoloji həllər tapmaq bacarığını nümayiş etdirməklə yanaşı, universitetdə innovasiya və yaradıcılığı təşviq edən mühit yaratmağa yönəlib.

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/71dbe4e5-f86f-4370-80b1-9b025416660d_1730969717626323266_1200x630.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.