Bütün xəbərlər
test
7 noyabr, 16:53

Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin tələbələr üçün birgə layihəsi olan “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib.  

Universitetdən  “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev tədbirdə iştirak edən hər üç qurumun nümayəndə heyətinə qısa müddətdə reallaşdırılan bu layihəyə görə təşəkkürünü bildirib və güzəştli kartların universitet tələbələri tərəfindən məmnunluqla qarşılandığını deyib. Rektor bütün ali məktəblərin tələbələrinə endirim, güzəşt və keşbek imkanları yaradan kartların sosial dəstək xarakteri daşıdığını təqdir edib, gənclər üçün perspektivdə daha əlverişli layihələrin, ideya və təşəbbüslərin irəli sürüləcəyinə inandığını söyləyib. Rektor çıxışında universitetin inkişafı barədə, habelə nəzərdə tutulan tələbəyönümlü layihələr haqda da məlumat verib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında beynəlxalq təcrübə əsasında nüfuzlu tərəfdaşlarla birgə həyata keçirilən bu layihə istiqamətində universitetlərlə imzalanmış əməkdaşlıq müqavilələrini xatırladaraq, qısa zamanda ölkə üzrə bütün tələbələr üçün kartların hazırlandığını, həmin kartların tez bir vaxtda paylanılacağını diqqətə çatdırıb. BMU-nun kartların paylanıldığı ilk universitetlərdən biri olduğunu önə çəkən Fond sədri tələbələrə hazırda güzəştin tətbiq olunduğu və gələcək üçün nəzərdə tutulan xidmət sahələrini sadalayaraq, imtiyazlarda məqsədin tələbə məmnuniyyəti yaratmaq, gənclərin tələbəlik həyatını asanlaşdırmaq, sosial rifahına dəstək göstərmək olduğunu deyib. Əlavə edilib ki, irəli mərhələdə vahid tələbə kartlarından peşə və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar, növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşların da faydalanması üçün işlər aparılır.  

Sonra universitetə yüksək balla qəbul olan I kurs tələbələrinin bir qisminə  “TələbəPlus” kartları təqdim edilib.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/a573287a-22b5-4b41-85f2-b130ed1a9aa3_1000294696.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/a7e5e1b5-5322-4b11-9481-a89f71ffb7c3_1000294699.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/df728032-391b-4f32-97a2-d50cdb03c2df_1000294698.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/dfb35aa7-f8b1-4c90-b341-1cc6a4a6a45b_1000294697.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/4f88c96e-01ea-443d-86cc-c64f6af55040_1000294700.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.