Bütün xəbərlər
test
7 noyabr, 17:07

Təhsil İnstitutunda Dövlət İmtahan Mərkəzi, AMEA-nın Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetinin ekspertləri və müəllif heyətinin iştirakı ilə təkmilləşdirilməkdə olan tarix fənn kurikulumunun müzakirəsi keçirilib.

İnstitutdan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və tarix fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Hafiz Cabbarov tarix fənn kurikulumunun təkmilləşdirilməsində nəzərə alınmış məqamları özündə əks etdirən təqdimatla çıxış edib.

Sonra müəllif heyəti üzvü Səxavət Zeynalov və Ramil Tanrıverdi məzmunda edilən dəyişikliklər, qiymətləndirməyə dair tövsiyələr barədə danışıb və görüş ekspretlərlə qarşılıqlı müzakirə formatında davam edib. Ekspertlər xüsusən konsentrik prinsipdən xətti prinsipə keçidi müsbət qiymətləndiriblər. Onlar sənədə dair rəy və təkliflərini səsləndirib, görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsi, hər altstandart üçün izahın verilməsi və müvafiq sinifdaxili fəaliyyətin tövsiyə olunması xüsusilə təqdirəlayiq hesab edilib.

1 /3

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/582e9617-2afa-4ba6-882e-572886ace970_1000216562.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/b1b0672c-a1ed-40f7-9606-627150d970f0_1000216563.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20November%202024/c0aad977-58b2-4a5e-9832-92654d99ee36_1000216564.jpg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.