Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib. Ümumilikdə, 900 müəllim bu imtahanlarda uğur qazanıb.
Mərkəzdən "Azərbaycan müəllimi"nə bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
1. “Microsoft” sertifikatlı pedaqoq;
2. "Müəllimlər üçün rəqəmsal savadlılıq".
Həmçinin bildirilib ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.
Qeyd edək ki, imtahanların məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)