Nazir: Müzakirələrin iqlim təhsili və təhsil məsələlərinin inteqrasiyasına töhfə verəcəyinə inanırıq
“Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün COP29 çərçivəsində təşkil edilən media brifinqində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, coğrafiya kurikulumu standartlarımızın 25%-dən çoxu birbaşa iqlim sistemləri və davamlılıq ilə bağlıdır:
“Bu hərtərəfli yanaşma şagirdlərimizə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir. STEAM təhsil proqramımız tələbələrə yaşıl enerji, davamlılıq və yeni texnologiyalarla bağlı yeni layihələr üzərində işləməyə imkan verir. Bizim illik STEAM Azərbaycan festivalımız bu yanaşmanın gözəl nümunəsidir. O, Azərbaycandan və digər ölkələrdən olan gənc innovatorları yaşıl enerji, davamlı həllər və ətraf mühit problemlərinə yönəlmiş yaşıl platformada bir araya gətirir”.
Nazir əlavə edib ki, bütün bunlarla yanaşı, müəllimlərin hazırlanması, yaşıl məktəblər, infrastruktur məsələləri və digər əlaqəli mövzular da müzakirə edilir:
“Ümumilikdə, biz bu müzakirələrin iqlim təhsili və təhsil məsələlərinin inteqrasiyasına töhfə verəcəyinə inanırıq”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)