4 dekabr 2024

Bütün xəbərlər
test
26 noyabr, 12:59
93

Şagirdlərimiz beynəlxalq müsabiqələrdə uğur qazanırlar

Belarusun Klimoviç şəhərində keçirilən "Qızıl arı" adlı XXII beynəlxalq uşaq yaradıcılıq festivalına qatılan Bakı məktəbliləri 1-ci yerə layiq görülüblər. Paytaxtdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Milli rəqs” dərnəyinin üzvləri Aylin Məmmədli, Nərmin Zeynalova, Samirə Ağayeva, Sinay Məmmədli, Nilufər İsmayılova və Məryəm Mustafazadə festivalın final mərhələsində Rusiya və Özbəkistan məktəbliləri ilə yarışaraq xalq-səhnə rəqslərini nümayiş etdiriblər. 

Qeyd edək ki, Lalə İbrahimovanın rəhbərlik etdiyi “Milli rəqs” dərnəyin istedadlıları  bir çox uğurlara imza atıblar. Onlar müxtəlif yerli və beynəlxalq tədbirlərdəki fəal çıxışlarına görə diplom, fəxri fərman, sertifikat və medallarla mükafatlandırılıblar.

Lalə İbrahimova bizimlə söhbətində artıq neçə illərdir ki, Azərbaycan mədəniyyətinin incisi sayılan rəqslərin sirlərini öz yetirmələrinə böyük həvəslə öyrətdiyini deyir. Bildirir ki, məqsədi Azərbaycan xalq rəqslərinin incəliklərini gənc nəslə çatdırmaq, bu incəsənət növünü gənclər arasında təbliğ etməkdir: “Bildiyimiz kimi, Azərbaycanın xalq rəqsləri mövzu baxımından çox rəngarəngdir. Rəqslər quruluşuna və süjetinə  görə fərqlidir. Dərnəyimizin  üzvləri “Azərbaycan”, “Tərəkəmə”, “Qızıl gül”, “İnnabı”, “Nəlbəki”, “Yallı” və sair rəqslərini  məharətlə ifa edirlər. Milli  rəqslərimizlə yanaşı,  dünya xalqlarının rəqslərini də yetirmələrimə sevə-sevə öyrədirəm”.

Lalə İbrahimovanın rəhbərlik etdiyi dərnəyin yetirmələri mərkəzin "Azəri inciləri" rəqs kollektivinin tərkibində Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Sarayı, Heydər Əliyev Mərkəzi və digər hökümət, qeyri-hökümət təşkilatları, müxtəlif səfirliklər tərəfindən təşkil olunan konsertlərdə, televiziya proqramlarında bir-birindən rəngarəng rəqslər nümayiş etdirirlər. Mərkəz hər il hesabat yönümlü böyük konsert proqramı təşkil edir. Builki hesabat konserti "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Hər birimiz bir çiçək" adı altında keçirilib. 

 

Xəbər lenti

4 dekabr, 20:47
21

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
71

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
129

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
24

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
20

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
12

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
37

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
27

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
76

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
37

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
22

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.