Bütün xəbərlər
4 dekabr, 18:02

Ötən ayın 11-22-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işinə Azərbaycanın gənc könüllüləri də töhfə veriblər. 

“Azərbaycan müəllimi” bu tədbirin təşkilinə dəstək göstərən COP29 könüllülərinin bir neçəsi ilə görüşərək onların tədbirlə bağlı təəssüratlarını öyrənib.

“Fərqli mədəniyyətlərdən olan insanlarla tanışlıq dünyagörüşümü genişləndirdi”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Müşərrəf Kərimli tədbir zamanı könüllü kimi COP29-un Təşkilat Komitəsinin Akkreditasiya və viza departamentində fəaliyyət göstərib. O bildirib ki, tədbirdə əsas vəzifəsi iştirakçıların qeydiyyatını aparmaq, akkreditasiya kartlarını hazırlayıb onlara təhvil vermək və qonaqları düzgün şəkildə yönləndirmək idi: “Akkreditasiya hər bir tədbirin əsas hissəsidir. COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirdə heç bir iştirakçı akkreditasiya olmadan iştirak edə bilməz. Bu, həm “Yaşıl zona”, həm də “Mavi zona” üçün eyni dərəcədə vacib idi. Belə məsuliyyətli vəzifədə çalışmaq mənim üçün böyük bir şərəf idi”.

Könüllülük fəaliyyəti zamanı bir çox yeni bacarıqlar əldə etdiyini və mövcud qabiliyyətlərini inkişaf etdirdiyini dilə gətirən M. Kərimli xüsusilə komanda işi, liderlik və məsuliyyətli qərar qəbul etmə üzrə bacarıqlarını artırıb. Hər bir situasiyada sürətli və effektiv həll yolları tapmaq bacarığının inkişafı üçün özünü daha da təkmilləşdirib.

Tədbir zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş insanlarla birbaşa ünsiyyətdə olmaq Müşərrəf üçün xüsusi bir təcrübə olub. O qeyd edib ki, fərqli mədəniyyətlərdən olan insanlarla tanış olmaq dünyagörüşünü genişləndirib. Bu ünsiyyət həm də dil bacarıqlarının praktiki şəkildə tətbiqinə imkan yaradıb.
Könüllük fəaliyyəti zamanı, həmçinin ekoloji təşəbbüslərdə - ağacəkmə və abadlaşdırma aksiyalarında iştirak edib. Bu fəaliyyətlər ona ətraf mühitin qorunmasına daha dərindən yanaşmağa kömək edib. 

COP29-da iştirakını özü üçün çox dəyərli bir təcrübə sayan Müşərrəfin əsas məqsədlərindən biri gələcəkdə daha çox beynəlxalq tədbirdə iştirak etmək və təcrübəsini daha da zənginləşdirməkdir.

“COP29-da könüllü olmaq  gələcək və peşəkar həyata uğurlu addımdır”

Elşən Soltanzadə Bakı Dövlət Universitetinin Jurnalistika faküləsinin 4-cü kurs tələbəsidir. O,  COP29-un Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir olduğunu söyləyir: “Çoxsaylı qonaqları olan COP29-da könüllü olmaq, təbii ki, böyük fəxrdir. Bir könüllü kimi belə tədbirlərdə iştirak insana çox yaxşı təcrübə qazandırır. Ünsiyyətin yalnız ingilis dilində olması dil baryerini aradan qaldırmağa kömək edir. Burada digər könüllülərlə sosiallaşmağın da önəmi çox böyükdür. Bu tip tədbirlərdə iştirak edən könüllülərin xüsusi özəlliyi olur. Onlarla ünsiyyətə girmək, həmsöhbət olmaq, müxtəlif bilik və bacarıqlar haqqında danışmaq çox yaxşıdır”. 

“COP29-da könüllü olmağımı gəncliyimin ən maraqlı və yaddaqalan təcrübəsi kimi xatırlayacam”

Azərbaycan-Fransız Universitetində “Kompüter elmləri” ixtisası üzrə təhsil alan  Fəridə Şəkixanlı deyir ki, COP29-da  könüllü olmağını gəncliyinin ən maraqlı və yaddaqalan təcrübəsi kimi xatırlayacaq: “Düşünürəm ki, bu qədər seçim mərhələsindən uğurla keçmək və öz sevdiyim sahə üzrə təcrübə yaşamaq, dünyanın müxtəlif mədəniyyətləri ilə tanış olmaq çox qürurvericidir. Bizim informasiya kommunikasiya texnologiyaları komandası kompüter mərkəzində və müxtəlif iclas otaqlarında texniki dəstəyin göstərilməsinə yardım edirdi. COP29 tədbiri ərəfəsi və onun keçirildiyi gün də daxil olmaqla, ümumilikdə 17 gün könüllü kimi fəaliyyət göstərdim. Burada  texniki dəstək göstərməklə yanaşı, yeni dostlar qazandım və çevrəmi genişləndirdim. Əminəm ki, tədbirdə iştirak həm karyerama, həm də şəxsi həyatıma çox müsbət təsir göstərəcək. COP29-dakı könüllülük fəaliyyətim mənə unudulumaz xatirələr qazandırdı”.

“Minlərlə insanın bir araya gəldiyi mötəbər konfransın bir parçası olmaq qürurverici idi”

COP29 könüllülərindən biri də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Günel Məmmədovadır. COP29 onun könüllü kimi iştirak etdiyi 4-cü beynəlxalq tədbirdir. Bundan əvvəl o, media könüllüsü kimi Şuşa qlobal media forumlarında, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. Hər tədbirin özəl xatirələr, təcrübələrlə yadda qaldığını söyləyən Günel deyir: “Dünya liderləri daxil olmaqla minlərlə insanın yaşıl dünya naminə bir araya gəldiyi COP29 kimi mötəbər konfransın bir parçası olmaq qürurverici idi. COP29-da könüllü olmaq dünya, ekologiya və ətraf mühitlə bağlı məlumatlılığımı artırdı, yerli və xarici ictimai fiqurlar və mütəxəssislərlə bir arada olmağımız üçün platforma rolunu oynadı. Ən əsası, COP29-da könüllü olarkən bir çox yeni dostlar qazandım. Mənim üçün ən özəl və qürurverici hadisələrdən biri beynəlxalq tədbirlərdə tanış olduğum xarici mütəxəssislərlə orada yenidən rastlaşmaq, söhbət etmək idi. Mən onları tanıyıb xatırladığım kimi onlar da məni tanıyıb xatırlayır, fəaliyyətim, təhsil həyatım barədə məlumatlar alırdılar. Bu, mənə xoş anlar yaşatdı. Bu konfransda fəaliyyət göstərmək dünyagörüşümü artırdı, böyük və vacib tədbirlərin necə təşkil olunduğu barədə yeni şeylər öyrətdi və əvəzolunmaz təcrübələr qazandırdı. İş görərək həm öyrəndik, həm də əyləndik”.

O, COP29 təcrübəsinin gələcəkdə könüllülərin həm karyerasında, həm də şəxsi inkişafında mühüm rol oynayacağını ifadə edib. Günel  eyni zamanda, könüllüləri seçən, onlara xüsusi diqqət və qayğı ilə yanaşan, zəhmətlərini dəyərləndirən COP29-un işçi heyətinə xüsusi minnətdarlığını bildirib. 
 

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.