Bütün xəbərlər
30 noyabr, 19:03

Noyabrın 29-da ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, millət vəkilləri, rektorlar, veteran futbolçular iştirak ediblər.

Açılış mərasimində elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Həmçinin bildirib ki, 2024-cü ilin iyul ayında Azərbaycan Tələbə Liqasının 2023/2024 mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası 5-ci Avropa Universitet Oyunlarında iştiak edib, Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) komandalarını məğlub edərək 5-ci yerə çıxıb. 

Nazir müavini çıxışında idmanın inkişafına olan dövlət qayğısını xüsusi vurğulayıb, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində əhəmiyyət daşıdığını qeyd edib.

Rəsmi açılışdan sonra liqanın A qrupunda mübarizə aparacaq Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti komandalarının qarşılaşması baş tutub. Oyun Azərbaycan Dövlət İqtisad Universitetinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı ilə, liqada fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Liqanın keçirilməsində məqsəd tələbələr arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasıdır.

1 /8

Şərhlər

Xəbər lenti

18 sentyabr, 10:06

Narkomanlığın profilaktikası məqsədilə məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.