Bütün xəbərlər
11 mart, 17:43

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbul üçün seçim hər il tədris başlamadan 6 ay öncə başlayır. Bu da o deməkdir ki,  yaxın günlərdə qəbulun tarixi ictimaiyyətə açıqlanacaq”. 

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. Onun sözlərinə görə, hər üç – bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul elektron qaydada, portal.edu.az səhifəsində şəxsi kabinet yaratmaqla həyata keçiriləcək. Sənədlərini uğurla təqdim edən namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər:

“Dövlət Proqramına müraciət etmək üçün xarici ali təhsil müəssisəsindən qəbul sənədi olmalıdır. Sənəd Elm və Təhsil Nazirliyinin ötən ilin sonlarında açıqlanan siyahısındakı ali təhsil müəssisələrindən alınmalıdır. Doktorantura təhsil səviyyəsi üzrə həmin siyahıda yer alan 221 ali təhsil müəssisəsindən 15 prioritet istiqamət üzrə  qəbul əldə etmiş namizədlər Dövlət Proqramına müraciət edə bilərlər.

Universitetlər üzrə reytinq cədvəlləri əsas götürülərək, ilk onluqda yer alan təhsil müəssisələri istənilən ixtisas üzrə Dövlət Proqramına qəbul əldə etmiş namizədlərin Dövlət Proqramına müraciət etmək imkanı olacaq. 

Qeyd edək ki, ümumilikdə hər il 500 nəfərin təhsilinin Dövlət Proqramı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.