Bütün xəbərlər
27 may, 10:45

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində “Yaşıl Dönüşüm və Dayanıqlı Təhsil” mövzusunda beynəlxalq təlim proqramının açılış mərasimi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, açılışda ADNSU-nun strateji məsələlər üzrə prorektoru, dosent Vazėh Əskərov iştirakçıları salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib. O, iqlim dəyişikliyi, yaşıl texnologiyaların tətbiqi və bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və koordinator köməkçisi Kürşat Özdemir də çıxış edərək layihənin məqsədi, əhatə etdiyi mövzular və gənclər üçün yaradılan imkanlar barədə məlumat veriblər.

Qeyd edək ki, təlim proqramı enerji transformasiyası, yaşıl innovasiyalar, iqlim dəyişikliyi və yaşıl texnologiyaların tətbiqi üzrə müxtəlif modulları əhatə edir. Təlimlər Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) ekspertləri Savaş Gürdal və Kadir Yılmaz tərəfindən aparılır. Beş günlük intensiv proqram çərçivəsində 30 seçilmiş tələbə təlimlərdə iştirak edəcək. Proqram mayın 30-da yekunlaşacaq.

Təlimi uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunacaq. Eyni zamanda, onlar üçün yaşıl transformasiya layihələrində iştirak və təcrübə qazanmaq imkanı yaradılacaq. Proqram çərçivəsində fərqlənən 5 nəfər tələbə isə Türkiyədə təcrübə proqramına cəlb olunacaq.

Xatırladaq ki, bu beynəlxalq təşəbbüs TİKA-nın dəstəyi və Çanakkale Onsekiz Mart Universitetinin koordinasiyası ilə həyata keçirilir. Layihə Avropa Yaşıl müqaviləsi və qlobal iqlim siyasətlərinə uyğun olaraq “yaşıl yaxalı” kadrların hazırlanmasına yönəlib. Əsas məqsəd tələbələrin dayanıqlı inkişaf, yaşıl texnologiyalar və enerji transformasiyası sahəsində bilik və bacarıqlarını artırmaqla yanaşı, onların beynəlxalq elmi əməkdaşlıq və peşəkar inkişaf imkanlarını genişləndirməkdir.

1 /7

Şərhlər

Xəbər lenti

29 may, 11:19

MİQ üzrə elektron sənəd qəbulu mərhələsi başa çatdı

29 may, 11:18

BANM tələbələri AIRO 2025-də ilk üçlükdə yer alıblar

29 may, 11:14

Koç Universitetinin rektoru Metin Sitti BANM-in qonağı olub

29 may, 10:40

İctimai Şuranın üzvləri valideynlərlə görüşüblər

29 may, 10:34

Şəxsiyyət keyfiyyətlərinin və xarakterin formalaşma mərhələləri (III məqalə)

29 may, 10:27

Qabiliyyət imtahanlarına qeydiyyat sona yaxınlaşır

29 may, 10:21

İyunun 1-də 45 mindən çox abituriyent imtahan verəcək

29 may, 10:16

Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub

29 may, 10:07

Bakıda SABAH İncəsənət Festivalı keçiriləcək

29 may, 09:04

Lisey və gimnaziyalara qəbulla bağlı növbəti AÇIQLAMA

28 may, 16:37

“Bilbacar” müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 17:57

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.