Bütün xəbərlər
11 iyul, 09:49

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsində bir sıra yeni ixtisas və ixtisaslaşmalar üzrə qəbul elan olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu ildən etibarən universitetdə aşağıda qeyd olunan 4 ixtisas və 8 ixtisaslaşma üzrə ilk dəfə magistr hazırlığına başlanacaq:

– “Biznesin təşkili və idarə edilməsi” (MBA) - (Azərbaycan dilində) (ixtisas) 
• “İnsan resurslarının idarə olunması” (ixtisaslaşma) 
• “Marketinq” (ixtisaslaşma) 
• “Ümumi idarəetmə” (ixtisaslaşma) 
• “İnformasiya texnologiyalarının idarə edilməsi” (ixtisaslaşma) 
• “Əməliyyatların idarə edilməsi” (ixtisaslaşma)

– “İnformasiya təhlükəsizliyi” (ixtisas) 
• “Kibertəhlükəsizlik” (ixtisaslaşma)

– “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” (ixtisas) 
• “Nəqliyyat logistikası” (ixtisaslaşma)

– “Sənaye mühəndisliyi” (ixtisas) 
• “Texnologiya və əməliyyatların idarə edilməsi” (ixtisaslaşma)

Bundan əlavə, bu il “Data analitikası” (ingilis dilində) ixtisası üzrə də ilk dəfə bakalavr hazırlığı həyata keçiriləcək.

Bildirilib ki, adıçəkilən proqramlar üzrə təhsil alan tələbələr həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək yerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşacaqlar. Yeni ixtisaslar əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.

ADNSU-nun bu istiqamətdə atdığı addım ölkədə rəqəmsal transformasiya, təhlükəsizlik və sənaye sahələrində yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək.

Xatırladaq ki, iyulun 7-dən ali təhsil müəssisələrinin magistratura pilləsi üçün ixtisas seçimi başlayıb. İxtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 13 iyul tarixinədək ixtisas seçimini həyata keçirməlidirlər. 

1 /1

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:40

Çinin sürətli yüksəlişinin arxasında nə dayanır?

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.