Bütün xəbərlər
17 aprel, 11:56

Azərbaycan Dövlət Pedaqoji Universitetin Elmi Şurasının 4 fevral 2025-ci il tarixli qərarına əsasən qəbul olunan “ADPU-2030” Strateji İnkişaf Planı və planla bağlı əsas 7 strateji sahə üzrə siyasət sənədi (“ADPU-nun Təlim-Tədris Siyasəti”, ADPU-nun Keyfiyyət Təminatı Siyasəti”, “ADPU-nun Elmi-Tədqiqat Siyasəti”, “ADPU-nun Dayanıqlı İnkişaf Siyasəti”, “ADPU-nun Beynəlmiləlləşmə Siyasəti”, “ADPU-nun İnklüziv Təhsil Siyasəti”, “ADPU-nun Sosial Məsuliyyətlilik Siyasəti”) universitetin rəsmi saytında yayımlanaraq ictimaiyyətə təqdim olunub. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

“ADPU-2030” Strateji İnkişaf Planı 2030-cu ildə sahə ali təhsil müəssisəsindən klassik universitetə transformasiya olunacaq ADPU-nu yüksəkkeyfiyyətli ali təhsil verən, müasir tədqiqatlar aparan, sosial məsuliyyətlilik nümayiş etdirən, əmək bazarı ilə səmərəli əlaqələr quran, yaxşı idarəetmə sisteminə sahib olan, rəqəmsallaşmanı təmin etmiş, beynəlmiləlləşmiş və yüksək beynəlxalq reytinqli 4-cü nəsil universitetə çevirməyi nəzərdə tutur. Pedaqoji Universitet bu strategiya sənədində nəzərdə tutulan 6 strateji məqsəd və 34 strateji hədəfin reallaşdırılması ilə 2030-cu ildə sosial elmlər sahəsində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olmağı hədəfləyir. ADPU-nun artan potensialı, ölkəmizin günü-gündən inkişaf edən və güclənən beynəlxalq nüfuzu bu vizyonu müəyyən edən əsas amillərdir.

Qeyd edək ki, indiyədək ADPU-nun 2015-2020-ci illəri əhatə edən “ADPU-2020” və 2018-2021-ci illəri əhatə edən “ADPU-2021” strateji inkişaf planları qəbul olunaraq icra olunub. ADPU-nun Elmi Şurası 14 sentyabr 2022-ci ildə “ADPU-2030” Strateji İnkişaf Planının hazırlanması üzrə İşçi Qrupun yaradılması ilə bağlı qərar qəbul edib. 2021/2022-ci tədris ilinin pandemiya şəraitində davam etməsi, 2020-ci ildə Zəfərlə yekunlaşmış Vətən müharibəsi və onun nəticələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli 302 №-li Qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni nizamnaməsinin təsdiq edilməsi, ona publik hüquqi şəxs statusu verilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı, universitetin 2023-cü ilin aprelində institusional akkreditasiya olunması, 2023-cü ildə maliyyə yoxlamasından keməsi kimi məsələlərlə bağlı proses 2023-ci ilinin sonunadək uzanıb. Bu çərçivədə 31 oktyabr 2023-cü ildə şərti olaraq əsas istiqamətlər üzrə “İnnovativ tədris, öyrənmə və qiymətləndirmə üsulları”, “Elmi-tədqiqat”, “Beynəlmiləlləşdirmə”, “Tələbəmərkəzli yanaşma”, “Əmək bazarı ilə əlaqə”, “Daxili keyfiyyət təminatı” və “İnfrastruktur və rəqəmsallaşma” işçi qrupları yaradılıb. İşçi qruplar əvvəlki nəticələri, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i, Azərbaycan Respublikasının “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”, Azərbaycan Respublikasinin işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı, 2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı və digər milli sənədləri diqqətlə araşdırmışdır. O cümlədən, Türk Dövlətləri Təşkilatının “Türk Dünyası 2040 Vizyonu” strategiya sənədi, BMT-nin “Transforming our world: the 2030 Agenda for Sustainable Development” (Dünyamızı dəyişdirmək: Davamlı İnkişaf üçün 2030 Gündəliyi) sənədini, UNESCO-nun 2021-ci ildə qəbul etdiyi “Reimagining Our Futures together. A new social contract for education” (Gələcəklərimizi birlikdə yenidən təsəvvür edirik. Təhsil üçün yeni sosial müqavilə) hesabatını və “Education for Sustainable Development Goals” 2030 sənədini, OECD-nin “The future of education and skills Education 2030 Learning Objectives” və “Education at a Glance 2023 OECD Indicators” (Bir baxışda təhsil) sənədini, Avropa İttifaqı Komissiyasının “European Framework for the Digital Competence of Educators” (DigCompEdu) və “Digital Education Action Plan” sənədini, Avropa Parlamentinin “The European Education Area and the 2030 strategic framework for education and training” sənədini, Avropa Universitetlər Birliyinin “Universities without walls A vision for 2030” starteji sənədini, Avropa İttifaqının “Standards and Guidelines for Quality Assurance in the European Higher Education Area (ESG)” (Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)) sənədini tədqiq edərək ADPU-nun son akkreditasiya arayışını, ADPU-da aparılmış daxili tədqiqatları, tələbə, məzun və müəllimlərlə sorğularının nəticələrini, yerli və beynəlxalq sənədləri ümumiləşdirməklə “ADPU-2030” SİP-nin sənəd layihəsini hazırlayıblar. SİP universitet daxilində bütün strukturlar, müəllimlər və tələbə təşkilatları üçün 2 ay müddətində daxili müzakirəyə çıxarılıb, onlarla rəy və təklif alınıb. Həmçinin, ADPU-dan kənar yerli və xarici ekspertlərə rəyə göndərilmiş, alınmış rəylər əsasında yekun sənəd 4 fevral 2025-ci il tarixində universitetin Elmi Şurasında təsdiq edilib.

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.