.jpeg)
Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən təcrid edilməsi” mövzusunda tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov və Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Orxan Aydunov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar universitetin Heydər Əliyev muzeyini ziyarət edib, Ulu Öndərin büstü üzərinə gül dəstələri qoyublar.
Tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək mövzunun aktuallığını vurğulayıb. O, bildirib ki, müasir dövrdə gənclərin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi cəmiyyətin gələcəyi baxımından son dərəcə önəmlidir, zərərli vərdişlər yalnız fərdi sağlamlığa deyil, həm də təhsil və sosial münasibətlərə mənfi təsir göstərir. Universitetlər təkcə bilik verən müəssisələr deyil, həm də sağlam həyat tərzinin təbliği üçün mühüm mərkəz olduğunu bildirən prorektor gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib, bu işdə universitetlərin, valideynlərin və ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və ictimai fəaliyyətə fəal qoşulmaq gənclərin həm fərdi, həm də sosial uğurunun təməlidir. O, Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini vurğulayıb.
Səbail Rayon Polis İdarəsinin əməliyyat üzrə birinci müavini, polis polkovniki Nəriman Bayramov isə çıxışında hüquq-mühafizə orqanlarının gənclərlə bağlı gördüyü profilaktik tədbirlərdən danışıb. O, zərərli vərdişlərin təkcə şəxsi sağlamlığa deyil, həm də ictimai təhlükəsizliyə zərər vurduğunu qeyd edib. Bayramov gəncləri asudə vaxtlarını faydalı məşğuliyyətlərə yönləndirməyə, idman və təhsilə üstünlük verməyə çağırıb.
Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Orxan Aydınov da tədbirdə çıxış edərək icra strukturlarının gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb. O bildirib ki, gənclərin düzgün formalaşması yalnız təhsil müəssisələrinin deyil, həm də ailə və ictimai təşkilatların birgə fəaliyyətindən asılıdır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və iştirakçılar gənclərin sağlam gələcəyi naminə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər