Bütün xəbərlər
1 oktyabr, 15:53

Xəbər verdiyimiz kimi, “2School” layihəsi bu gündən etibarən Bakı şəhərində yerləşən 8 dövlət və 3 özəl məktəbdə pilot formada fəaliyyətə başlayıb.

Layihənin həmtəsisçisi Orxan Abbasov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əvvəlcə layihə yalnız özəl məktəblərdə fəaliyyətə başlamışdı, lakin bu gün dövlət məktəblərində də xidmətə start verilib: 

“Bu gündən etibarən dövlət məktəblərində də fəaliyyətimizə başladıq. Təbii ki, ilk gün olduğu üçün daşınma ilə bağlı bəzi məsələlər ortaya çıxdı. Lakin biz daim xidmət səviyyəmizi artırmaq üçün işlər görürük. Valideynləri hər hansı müraciətləri olduqda *2220 qısa nömrəsinə zəng vuraraq əlaqə saxlamağa dəvət edirik”.

Orxan Abbasov əlavə edib ki, valideynlər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçə, övladlarının cədvəlini əlavə etməklə xidmətdən yararlana bilərlər:

“Qiymətlər 100 AZN-dən başlayır və məsafə ikinci və üçüncü uşağın olması kimi amillərə görə dəyişir. Bu imkandan faydalanmaq üçün mobil tətbiqi yükləmək vacibdir. Eyni zamanda məlumat almaq istəyənlər ulduz 22-20 nömrəsinə zəng edə bilərlər”.

Onun sözlərinə görə, layihə pilot mərhələdə olduğundan hazırda 11 məktəbdə fəaliyyət göstərir: “Hazırda 1200-dən çox aktiv istifadəçimiz var. Şagirdlərin daşınmasında yüzdən çox tam təchizatlı, yüksək keyfiyyət standartlarına cavab verən avtobuslardan istifadə olunur. Lakin hazırda avtobuslarımız yollardakı avtobus zolaqlarına daxil ola bilmirlər. Bununla bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır”.

Şərhlər

Xəbər lenti

1 oktyabr, 17:45

Elektron jurnala qiymət səhv yazılıbsa, düzəltmək olurmu? – AÇIQLAMA

1 oktyabr, 17:24

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

1 oktyabr, 17:15

Qarabağ Universitetində “Ustad dərsləri silsiləsi” layihəsinə start verilib

1 oktyabr, 17:00

Kiçikyaşlılar üçün xüsusi tətbiq: Təhsil və əyləncə bir yerdə

1 oktyabr, 16:51

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 oktyabr, 16:44

Kolleclərə əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ

1 oktyabr, 16:29

Rektor: Təhsil müəssisələrində innovativ layihələri olan kifayət qədər gənc var

1 oktyabr, 16:26

Paytaxtın iki məktəbi birləşdirilib

1 oktyabr, 16:17

“Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimatı olub

1 oktyabr, 16:10

FHN məktəblilər üçün “Açıq qapı” günü təşkil edib

1 oktyabr, 16:09

Rövşən Ağayev: Hamı bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

1 oktyabr, 16:07

İmişlidə “PeşəFest–2025” festivalı keçirilib

1 oktyabr, 15:50

MDU 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

1 oktyabr, 15:46

Firudin Qurbanov: Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır

1 oktyabr, 15:09

“100 saat astronomiya” tədbirləri başlayır

1 oktyabr, 15:01

"Harvard dərsi" davam edir

1 oktyabr, 15:00

NDU-da Naxçıvan İnnovasiya Mərkəzi açılıb

1 oktyabr, 14:33

Kolleclərə yeni təyinatlar olub

1 oktyabr, 14:02

UNEC-də sənaye və universitet əməkdaşlığı mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.