Bütün xəbərlər
1 oktyabr, 14:02

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Məzunların peşə bacarıqlarının inkişaf etdirilməsində sənaye ilə universitetlər arasında əməkdaşlığın rolu” mövzusunda seminar keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, universitetlərlə sənaye qurumları arasında əməkdaşlığın məzunların peşə bacarıqlarının inkişaf etdirilməsi, praktik bilik və təcrübə qazanması, həmçinin onların əmək bazarına rəqabətqabiliyyətli və hazırlıqlı şəkildə daxil olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bu cür əməkdaşlıq modellərinin təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində və iqtisadi inkişafda strateji rol oynadığını vurğulayıb.

Sonra Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov mövzu ilə bağlı çıxış edərək, universitet təhsili ilə real əmək bazarı arasında körpü rolunu oynayan bu əməkdaşlıq modelinin gələcək kadr hazırlığında həlledici əhəmiyyət daşıdığını vurğulayıb, həmçinin tələbələrin yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik bacarıqlarla silahlanması üçün təhsil müəssisələrinin sənaye ilə daha sıx və davamlı əlaqələr qurmasının vacibliyini qeyd edib.

Sonda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

1 /7

Şərhlər

Xəbər lenti

1 oktyabr, 17:45

Elektron jurnala qiymət səhv yazılıbsa, düzəltmək olurmu? – AÇIQLAMA

1 oktyabr, 17:24

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

1 oktyabr, 17:15

Qarabağ Universitetində “Ustad dərsləri silsiləsi” layihəsinə start verilib

1 oktyabr, 17:00

Kiçikyaşlılar üçün xüsusi tətbiq: Təhsil və əyləncə bir yerdə

1 oktyabr, 16:51

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 oktyabr, 16:44

Kolleclərə əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ

1 oktyabr, 16:29

Rektor: Təhsil müəssisələrində innovativ layihələri olan kifayət qədər gənc var

1 oktyabr, 16:26

Paytaxtın iki məktəbi birləşdirilib

1 oktyabr, 16:17

“Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimatı olub

1 oktyabr, 16:10

FHN məktəblilər üçün “Açıq qapı” günü təşkil edib

1 oktyabr, 16:09

Rövşən Ağayev: Hamı bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

1 oktyabr, 16:07

İmişlidə “PeşəFest–2025” festivalı keçirilib

1 oktyabr, 15:53

Məktəbli avtobuslarının avtobus zolaqlarına daxil ola bilməsi üçün danışıqlar aparılır

1 oktyabr, 15:50

MDU 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

1 oktyabr, 15:46

Firudin Qurbanov: Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır

1 oktyabr, 15:09

“100 saat astronomiya” tədbirləri başlayır

1 oktyabr, 15:01

"Harvard dərsi" davam edir

1 oktyabr, 15:00

NDU-da Naxçıvan İnnovasiya Mərkəzi açılıb

1 oktyabr, 14:33

Kolleclərə yeni təyinatlar olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.