
“Orta və ali təhsil müəssisələrində innovativ layihələri olan kifayət qədər gənc var. İnnovasiya mərkəzinin məqsədi təkcə NDU tələbələrinin deyil, bütün Muxtar Respublika gənclərinin innovativ ideyalarını dəstəkləməkdir. Mərkəzdə fəaliyyət göstərən 6 laboratoriya imkan verəcək ki, gənclər öz ideyalarını, layihələrini məhz burada prototip halda hazırlaya bilsinlər və beynəlxalq layihələrə çıxış imkanları qazansınlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, mərkəz ikili diplom proqramlarının sayınının artırılmasına da imkan verəcək: “Macarıstanın ikili diplom proqramının tələbələri üçün də belə gözəl imkan yarandı. Mərkəzdə müxtəlif təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə mərkəzin daha yeni tələblər istiqamətində inkişafını təşviq edəcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər