
Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.
Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər