
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) növbəti “PeşəFest–2025” festivalı İmişli rayonunda keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək göstərmək, onların karyeraları ilə bağlı düzgün qərar verməsinə yardım etməkdir.
Festivalda dövlət qurumlarının nümayəndələri, məktəblilər iştirak ediblər.
Çıxış edənlər “PeşəFest”in gənclərin maraqlarını artırmaqda və əmək bazarının tələblərinə uyğun seçim etmələrində əhəmiyyətini vurğulayıblar.
Festival çərçivəsində kibertəhlükəsizlik, data analitika, turizm təşkilatçısı, qida mühəndisliyi, diş texniki, baytarlıq və digər 14 peşə üzrə təqdimatlar keçirilib, mütəxəssislər iştirakçılara faydalı tövsiyələr veriblər.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər