Bütün xəbərlər
22 aprel, 18:05

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan maarifçi-realist ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, pedaqoq və ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Süleyman Sani Axundov – 150” Respublika elmi-praktik konfransı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, konfransın açılışında ADPU-nun və Filologiya fakültəsinin rəhbərliyi və fakültənin professor-müəllim heyəti, eləcə də digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin alimləri iştirak ediblər.

Ədibin çoxşaxəli yaradıcılığını və maarifçilik ideyalarını müasir elmi kontekstdə müzakirə etmək məqsədi daşıyan konfransın plenar iclasında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Süleyman Sani Axundovun Azərbaycan ədəbiyyatında və maarifçiliyində tutduğu mövqedən bəhs edərək onun ideyalarının bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb. Rektor çıxışında qeyd edib ki, Axundovun əsərlərində təhsilin, əxlaqın və vətənpərvərliyin təbliği gələcək nəsillər üçün mühüm örnəkdir.

Çıxış edən Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova konfransın əhəmiyyətini qeyd edib və bu cür elmi tədbirlərin maarifçi ədiblərin irsinin gənc nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını bildirib.

Plenar iclasda ADPU-nun professoru Yaqub Babayev “Azərbaycan maarifçi-realist nəsrinin inkişafında Süleyman Sani Axundovun rolu” mövzusunda, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı isə “Süleyman Sani Axundovun ədəbi kimliyi: tarix və müasirlik kontekstində” mövzusunda məruzə ediblər.

Konfransda eyni zamanda akademik Muxtar İmanov (ADU), professor Təyyar Salamoğlu (ADPU) və dosent Qüdrət Umudov (ADPU) da çıxış edərək Axundovun yaradıcı irsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra konfrans öz işini paralel bölmə iclasları ilə davam etdirib. “S.S.Axundovun uşaq nəsri”, “S.S.Axundovun dramaturgiyası” və “S.S.Axundovun dili və pedaqoji görüşləri” adlı bölmələrdə ədibin yaradıcılığı və pedaqoji baxışları müxtəlif istiqamətlərdə ətraflı şəkildə müzakirə olunub.

Bölmələrdə təqdim edilən məruzələrdə Süleyman Sani Axundovun uşaq ədəbiyyatına verdiyi töhfələr, dramaturgiya sahəsindəki yenilikləri, həmçinin müəllim və pedaqoq kimi irəli sürdüyü maarifçi ideyalar tədqiq olunub.

Konfrans Süleyman Sani Axundovun zəngin ədəbi-pedaqoji irsinin tədqiqinə və təbliğinə xidmət etməklə yanaşı, onun ideyalarının bu gün də aktuallığını bir daha ortaya qoyur.

Şərhlər

Xəbər lenti

22 aprel, 19:35

UNEC-də “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir baş tutub

22 aprel, 19:05

Yeni peşələrin iqtisadiyyatda rolu

22 aprel, 17:38

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

22 aprel, 17:32

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel, 17:22

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

22 aprel, 17:20

“Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib

22 aprel, 17:15

UNEC-də "Sükutla gələn faciə: narkomaniya" mövzusunda seminar keçirilib

22 aprel, 17:14

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib

22 aprel, 17:11

ADNSU-da tələbələr üçün təlim keçirilib

22 aprel, 16:30

ADU-da tütünsüz həyatla bağlı maarifləndirici tədbir keçirilib

22 aprel, 15:51

Buraxılış imtahanında fərqlənənlər – İsmayıllı Dağlıq Şirvanın ən seçilən rayonu olub

22 aprel, 15:24

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

22 aprel, 15:20

Balaca qəlblərin böyük dünyası – Boladi kənd uşaq bağçasında bir gün

22 aprel, 15:08

Qarabağ Universiteti vakansiya elan edir

22 aprel, 14:56

BMU-da karyera təlimi baş tutub

22 aprel, 14:15

Şagird xarici dil öyrənir, amma danışa bilmir – SƏBƏB?

22 aprel, 14:01

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

22 aprel, 13:20

“Azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdən şərəf duyaram” – Yale Universitetinin tələbəsi 

22 aprel, 13:13

Yer Günü üçün fəaliyyət planı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.