
Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera klubu”nun birgə təşkilatçılığı ilə “Karyera planlaşdırması” mövzusunda təlim keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Memarlıq və inşaat fakültəsinin tələbələri üçün təşkil olunan təlimdə “PMD Projects” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Rizvan Əliyev effektiv karyera planlamasının zamanı, iş hədəflərinə çatmaq üçün atılacaq ilk addımlar haqqında tələbələrə geniş məlumat verib. Düzgün karyera planlaşdırmağın vacib şərt olduğunu önə çəkən təlimçi, həmçinin strateji karyera yüksəlişi üçün fərdin öz inkişafında diqqət yetirməsi vacib cəhətləri qeyd edib. O, eləcə də iş həyatına başlarkən əmək bazarının tələblərinin öyrənilməsinin vacibliyini bildirib.
Təlim zamanı işə qəbul proseduru, CV-nin hazırlanması, müsahibə mərhələsinin qaydaları da ətraflı izah olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər