
Azərbaycan Dillər Universitetində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tütünlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilən məlumata görə, tədbir Baş nazirin müavini Əli Əhmədovun 2023-cü il 18 mart tarixli Sərəncamına əsasən hazırlanmış “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası” istiqamətində həyata keçirilən fəaliyyət planı çərçivəsində baş tutub.
Maarifləndirmə tədbiri “Yaxşı səhiyyə və rifah” məqsədinə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasının icrası məqsədilə təşkil olunub. Tədbirdə “Elektron siqaret” (Elektron Nikotin Daşıyıcı Sistemlər – Veyplər) istifadəsinin fəsadları barədə tələbələrə geniş məlumat verilib.
Tədbirdə çıxış edənlər arasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Epidemiologiya şöbəsinin meneceri Şəhla Kazımova, İctimai sağlamlıq şöbəsinin meneceri Nərmin Azadova, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin aparıcı məsləhətçisi Günay Quluzadə yer alıb. Çıxışçılar tütün məmulatlarının, xüsusilə də elektron siqaretlərin orqanizmə zərərli təsirləri, gənclər arasında yayılma səbəbləri və qarşısının alınması yolları barədə ətraflı danışıb, tələbələrin suallarını cavablandırıblar.
Tədbirin əlaqələndiricisi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva olub.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər