Bütün xəbərlər
22 aprel, 17:15

Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik fakültəsi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə "Sükutla gələn faciə: narkomaniya" mövzusunda maarifləndirici tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva, ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini bildirib. Bəşəriyyət üçün böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını vurğulayan S.Abdullayeva narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini qeyd edib.

Sonra UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova təqdimatla çıxış edərək, gənclərin narkomaniya və digər zərərli vərdişlərə aludə olmalarının qarşısının alınması üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün şəkildə aparılmasının zəruriliyindən söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

1 /5

Şərhlər

Xəbər lenti

22 aprel, 19:35

UNEC-də “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir baş tutub

22 aprel, 19:05

Yeni peşələrin iqtisadiyyatda rolu

22 aprel, 18:05

ADPU-da “Süleyman Sani Axundov – 150” konfransı keçirilib

22 aprel, 17:38

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

22 aprel, 17:32

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel, 17:22

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

22 aprel, 17:20

“Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib

22 aprel, 17:14

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib

22 aprel, 17:11

ADNSU-da tələbələr üçün təlim keçirilib

22 aprel, 16:30

ADU-da tütünsüz həyatla bağlı maarifləndirici tədbir keçirilib

22 aprel, 15:51

Buraxılış imtahanında fərqlənənlər – İsmayıllı Dağlıq Şirvanın ən seçilən rayonu olub

22 aprel, 15:24

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

22 aprel, 15:20

Balaca qəlblərin böyük dünyası – Boladi kənd uşaq bağçasında bir gün

22 aprel, 15:08

Qarabağ Universiteti vakansiya elan edir

22 aprel, 14:56

BMU-da karyera təlimi baş tutub

22 aprel, 14:15

Şagird xarici dil öyrənir, amma danışa bilmir – SƏBƏB?

22 aprel, 14:01

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

22 aprel, 13:20

“Azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdən şərəf duyaram” – Yale Universitetinin tələbəsi 

22 aprel, 13:13

Yer Günü üçün fəaliyyət planı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.