Bütün xəbərlər
22 aprel, 14:15

Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də fərqli mədəniyyətləri tanımaq, dünyagörüşü genişləndirmək və müxtəlif xalqlardan olan insanlarla bağ qurmaq üçün bir körpüdür. Qloballaşan dünyada ana dildən başqa bir və ya bir neçə dil bilmək artıq seçim yox, zərurətə çevrilib. Xüsusilə də beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul olunan ingilis dili təhsil və karyera imkanlarını artırmaqla yanaşı, şəxsi inkişaf üçün də əvəzsiz rol oynayır.

Uşaqların erkən yaşlardan dil öyrənməyə təşviq olunması onların dünyaya baxışını formalaşdırır, ünsiyyət bacarıqlarını gücləndirir və sosial çevrələrini genişləndirir. Bu səbəbdən məktəblərdə xarici dil tədrisinin keyfiyyəti olduqca önəmli məsələdir. Lakin məsələ ondadır ki, bir çox məktəblərdə ingilis dili hələ də ənənəvi üsullarla, yəni daha çox qrammatikaya önəm verilməklə öyrədilir, onların danışıq və dinləmə bacarıqlarının inkişafına diqqət yetirilmir.

Bu yanaşma şagirdlərin dilin incəliklərini qavramasına, mətnləri oxuyarkən başa düşmələrinə yardım etsə də, sərbəst şəkildə özlərini istifadə etmələrinə imkan vermir. Dili öyrənən şagirdlər onu real həyatda istifadə etmədiklərindən öyrəndiklərini də tez unudurlar. 

“Müəllimin verdiyi bir neçə sözlə kifayətlənmək olmaz, şagird özü də mütəmadi şəkildə öyrənməyə maraqlı olmalıdır”

2019-cu ildən Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə ekspert kimi fəaliyyət göstərən Əsmər Ağayeva “Azərbaycan müəllimi”nə bildirib ki, şagirdlər buraxılış imtahanında, əsasən, qrammatika tipli tapşırıqları asanlıqla yerinə yetirə bilirlər: “Lakin açıq tipli tapşırıqların yer aldığı dinləmə və mətn hissələrində müəyyən çətinliklər müşahidə olunur. Xüsusilə dinləmə suallarında şagirdlər daha çox çətinlik çəkirlər. Dinləmə bacarığını inkişaf etdirmək üçün şagirdin daim öz üzərində çalışması vacibdir. Mətnlə bağlı açıq tipli suallar isə nisbətən daha asan olsa da, burada da müxtəlif çətinliklər var. Bəzi sualların cavabı bir sözdən ibarət olur və şagird bir hərfi səhv yazdığı halda belə, cavab tam doğru sayılmır və yarım balla qiymətləndirilir. Bu cür suallarda hərflərin düzgünlüyü çox önəmlidir. Bu həm mətn, həm də dinləmə tapşırıqlarında belədir”.

Əsmər Ağayeva qeyd edib ki, xüsusilə 3 cümlə ilə cavab tələb olunan suallar şagirdlər üçün çətinlik yaradır: “Onlar öz fikirlərini ifadə etməkdə və düzgün cümlə qurmaqda çətinlik çəkirlər. Bu problem bəzən şagirdin şəxsi yanaşması ilə də əlaqəli olur. Dil öyrənmək fərdi çalışma tələb edir. Müəllimin verdiyi bir neçə sözlə kifayətlənmək olmaz, şagird özü də mütəmadi şəkildə öyrənməyə maraqlı olmalıdır”.

Müsahibimizin müşahidələrinə görə, bəzi şagirdlər digər fənlərdən zəif olsa da, ingilis dilində yüksək nəticələr göstərirlər: “Bu, çox zaman uşaqlıqdan ingilis dilində cizgi filmlərinə baxmaq, musiqi dinləmək və ya ailədə bu dilin istifadə olunması ilə bağlıdır. Belə şagirdlər bəzən qaydanı bilmədən belə tapşırığa düzgün cavab verə bilirlər, çünki onlarda artıq dil bazası formalaşıb”.

Ə.Ağayeva əlavə edib ki, son illərdə məktəblərdə vəziyyət müsbətə doğru dəyişib: “Müəllimlər dinləmə materiallarından istifadə edir, oxu mətni üzərində işləyirlər. Yeni dərsliklər də bu istiqamətə yönəldiyindən ingilis dili tədrisi əvvəlki illərlə müqayisədə daha da təkmilləşib. İmtahanlardan sonra suallar və onların izahları ictimaiyyətə təqdim olunur”.

“Bəzi müəllimlərin müasir metodlarla dərsi maraqlı təqdim edə bilməməsi şagirdlərin dili öyrənməsində ciddi çətinliklər yaradır”

Təhsil eksperti Əminət Diganayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 2023-cü ildə araşdırmaçı Elmira Hüseynova tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ingilis dili müəllimləri müasir tədris metodlarından yalnız qismən istifadə edirlər. Sorğuda həm məktəb, həm də universitet müəllimləri iştirak edib.

Ekspertin sözlərinə görə, dövlət məktəblərində bu metodlara daha çox öz üzərində çalışan müəllimlər üstünlük verir. Aşağı siniflərdə ingilis dili üçün ayrılan dərs saatlarının azlığı və bəzi müəllimlərin dərsi müasir metodlarla maraqlı təqdim edə bilməməsi şagirdlərin dil öyrənməsində ciddi çətinliklər yaradır. Ənənəvi metodlara sadiq qalan müəllimlərin dili effektiv şəkildə öyrətməsi mümkün deyil. Bunun nəticəsini uzun illər məktəbdə ingilis dili dərsi keçsə də, heç bir real bacarıq qazanmayan minlərlə şagirddə görmək mümkündür. Özüm də bu qrupun içindəyəm”.

Ə.Diganayeva əlavə edib ki, dilin effektiv tədrisi üçün müəllimin yüksək səviyyəli danışıq, dinləmə və yazı bacarıqlarına malik olması vacibdir: “Hazırda müəllimlərin çoxu, əsasən, qrammatik və lüğət biliyinə sahibdirlər. Bu, illərlə onlardan yalnız bu biliklərin tələb olunmasının nəticəsidir. Son illərdə isə tədrisə və imtahan sisteminə qoyulan tələblər dəyişib. Məsələn, əvvəllər buraxılış və qəbul imtahanlarında dinləmə sualları yer almırdı və buna görə də müəllimlər dərslərində bu bacarığa önəm vermirdilər. İndi isə dinləmə tapşırıqları imtahan tapşırıqlarının arasına daxil edilib və bu dəyişiklik şagirdlərin ingilis dili anlama bacarıqlarında müsbət nəticələr verməyə başlayıb”.

Şərhlər

Xəbər lenti

22 aprel, 19:35

UNEC-də “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir baş tutub

22 aprel, 19:05

Yeni peşələrin iqtisadiyyatda rolu

22 aprel, 18:05

ADPU-da “Süleyman Sani Axundov – 150” konfransı keçirilib

22 aprel, 17:38

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

22 aprel, 17:32

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel, 17:22

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

22 aprel, 17:20

“Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib

22 aprel, 17:15

UNEC-də "Sükutla gələn faciə: narkomaniya" mövzusunda seminar keçirilib

22 aprel, 17:14

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib

22 aprel, 17:11

ADNSU-da tələbələr üçün təlim keçirilib

22 aprel, 16:30

ADU-da tütünsüz həyatla bağlı maarifləndirici tədbir keçirilib

22 aprel, 15:51

Buraxılış imtahanında fərqlənənlər – İsmayıllı Dağlıq Şirvanın ən seçilən rayonu olub

22 aprel, 15:24

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

22 aprel, 15:20

Balaca qəlblərin böyük dünyası – Boladi kənd uşaq bağçasında bir gün

22 aprel, 15:08

Qarabağ Universiteti vakansiya elan edir

22 aprel, 14:56

BMU-da karyera təlimi baş tutub

22 aprel, 14:01

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

22 aprel, 13:20

“Azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdən şərəf duyaram” – Yale Universitetinin tələbəsi 

22 aprel, 13:13

Yer Günü üçün fəaliyyət planı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.