Bütün xəbərlər
14 aprel, 16:58

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov 8-10 aprel 2025-ci il tarixlərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən X Avrasiya Ali Təhsil Zirvəsində (EURIE 2025) iştirak edib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, beynəlxalq təhsil ictimaiyyəti üçün əhəmiyyətli hadisələrdən biri olan EURIE 2025 Zirvəsində 65 ölkədən 2000-dən çox ali təhsil nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində 320 təşkilatın iştirakı ilə 156 natiqin çıxış etdiyi 52 paralel panel, seminar və konfrans təşkil olunub. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, Erasmus+ proqramı, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Professor Cəfər Cəfərov tədbirdə bir sıra uğurlu görüşlər keçirib, beynəlxalq əməkdaşlıq, tələbə mobilliyi və təhsil məsləhətçiliyi istiqamətində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalayıb.

Zirvə çərçivəsində həmçinin Malayziyanın təhsil naziri Zambry Abd Kadirin iştirakı ilə Türkiyə-Malayziya Birgə Forumu, Türk Ali Təhsil Paneli, eləcə də EURAS ilə əməkdaşlıq protokolunun imzalanması kimi mühüm tədbirlər baş tutub. Bağlanış iclasında İstanbul Texniki Universitetinin rektoru professor Hasan Mandal, Potsdam Universitetinin rektoru Florian Schweigert və DAAD Baş katibi Kai Sicks çıxış ediblər.

EURIE 2025 Zirvəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı, ölkəmizi daha 7 ali təhsil müəssisəsi təmsil edib.
Qeyd edək ki, Avrasiya Universitetlər Birliyi – EURAS, 2008-ci ildə təsis edilmiş və Avrasiya regionundan 110-dan çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq qeyri-kommersiya assosiasiyasıdır. ADPU 22 noyabr 2023-cü il tarixindən etibarən EURAS-ın üzvüdür.

1 /7

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.