Bütün xəbərlər
17 aprel, 10:43

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) maarifləndirici tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin əsas məqsədi proqram haqqında ətraflı məlumat vermək və tələbələri bu təşəbbüsə qoşulmağa həvəsləndirmək olub. Görüşdə magistrantlar və IV kurs bakalavr tələbələri fəal iştirak ediblər.

Tədbirdə ADU-nun Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Tədris məsələləri üzrə prorektor Şəfəq Şahməmmədova, həmçinin Elm və Təhsil Nazirliyinin nümayəndələri Tünzalə Vəliyeva və Səma Əliyeva iştirak ediblər. Nazirlik təmsilçiləri proqramın məqsədi, strukturu və iştirak şərtləri barədə slayd təqdimatı ilə geniş məlumat veriblər.

Görüş zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb. Bildirilib ki, “Maarifçi” proqramı tələbə və məzunların bilik və bacarıqlarını inkişaf etdirməyə, onları müasir təhsil yanaşmaları ilə tanış etməyə yönəlib. Proqram il ərzində iki dəfə, hər biri 4 ay olmaqla təşkil olunur.

Təcrübə proqramına bakalavriatın IV kurs tələbələri, magistrantlar, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. İştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində və tabeliyində olan qurumlarda təcrübə keçmək imkanı əldə edirlər. Təcrübə müddətində tələbələr yarım, məzunlar isə tam iş günü sistemi ilə çalışırlar. Onlara gündəlik yol və qida xərclərini qarşılamaq üçün aylıq qonorar təqdim olunur.

Seçim prosesi ərizə, yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir. Proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikat verilir.

Tədbirdə tələbələrin gələcək karyera planlamasında mühüm rol oynayacaq faydalı məlumatlar verilib.

1 /3

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.