.jpg)
Ağdaş rayonunda “Peşən sənsən” devizi altında peşə festivalı keçirilib. Heydər Əliyev adına parkda keçirilən tədbir Ağdaş Peşə Məktəbinin təşkilatçılığı və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, festivalın məqsədi gənclərin və məktəblilərin peşə təhsilinə marağının artırılması, onları əmək bazarının tələblərinə uyğun peşələrlə tanış etmək və düzgün peşə seçiminə təşviq etmək olub.
Festival çərçivəsində aşpaz, dərzi, çilingər, elektrik qaynaqçısı, bərbər və digər ixtisaslar üzrə təqdimatlar və ustad dərsləri təşkil edilib.
Stendlərdə təhsilalanların hazırladığı məhsullar, əl işləri və layihələr nümayiş olunub. İştirakçılar təqdim olunan peşələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər