
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə növbəti görüş keçirilib.
Konfederasiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev cari ilin 7 ayı ərzində qurum tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış edib, təhsil sahəsində çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, müalicə və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər və icra olunan layihələr barədə məlumat verib.
Görüşdə AHİK və üzv təşkilatların qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər