Bütün xəbərlər
14 yanvar, 05:26

Yanvarın 13-də Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.

Akademiyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, müşavirədə çıxış edən akademik İsa Həbibbəyli bu günlərdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinin artırılmasına görə AMEA-nın kollektivi adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Akademik İsa Həbibbəyli həmçinin Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei tərəfindən AMEA prezidentinə ünvanlanmış başsağlığı məktubunu diqqətə çatdırıb.

AMEA rəhbəri bildirib ki, 2024-cü ildə dövlət başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək, dövlətimizin maraqlarını və müasir dünya elminin çağırışlarını nəzərə alaraq AMEA-da geniş tədqiqatlar aparılıb, Akademiyanın elmi bölmələri uğurlu fəaliyyət göstərib və bir sıra mühüm nəticələr əldə olunub. Diqqətə çatdırıb ki, yeniləşən Akademiyada həyata keçirilən islahatlar çərçivəsində başlıca prioritetlərdən biri olan e-elmin inkişafı istiqamətində uğurlu fəaliyyət davam etdirilib, beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq genişləndirilərək Azərbaycan elminin dünyadakı nüfuzu və maraqları qorunub. Həmçinin il ərzində alimlərimizin mühüm tədqiqatlarını əks etdirən nəşrlər, monoqrafiyalar ərsəyə gətirilib, təqdimat və sərgilər keçirilib.

AMEA-nın elmi bölmələrinin 2024-cü il üzrə hesabatlarının Rəyasət Heyətinin iclaslarında geniş şəkildə müzakirə ediləcəyini və ictimaiyyətə təqdim olunacağını bildirən akademik İsa Həbibbəyli hesabatların yüksək səviyyədə hazırlanması, ilin elmi nəticələrini əhatə edən sərgilərin təşkili ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Həmçinin “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə AMEA-nın elmi-tədqiqat müəssisələri tərəfindən verilmiş təkliflərin sistemləşdirilərək ilkin variantın Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.

Bundan əlavə, müşavirədə AMEA-nın 80 illiyinə hazırlıqla əlaqədar müzakirələr aparılıb.

Müzakirələrdə AMEA-nın vitse-prezidentləri akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik-katib akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Şərhlər

Xəbər lenti

31 mart, 08:58

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq

30 mart, 06:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 11:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 10:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 08:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 08:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 06:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 13:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 12:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 11:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 08:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 07:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 06:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 06:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 17:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 12:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 10:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 08:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 08:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 08:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.