
Bu gün Bakı Konqres Mərkəzində ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalı çərçivəsində “Yerli icma günü” təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, ICPC 2025-də iştirak edən komandalar arasında Argentinanın La Plata Milli Universiteti də var.
Komandanın məşqçisi Matias Miquel Fluxa yarış barədə təəssüratlarını bizimlə bölüşərək bildirib ki, dünya finalında ilk dəfə iştirak edirlər.
Onun sözlərinə görə, tədbirin miqyası böyük, təşkilatçılıq səviyyəsi olduqca yüksəkdir:
“Mən Argentinanın Buenos-Ayres əyalətində yerləşən La Plata şəhərindənəm. Burada La Plata Milli Universitetinin komandası ilə birlikdəyik. Dünya finalı inanılmaz dərəcədə maraqlıdır. Burada olmaq sanki bir yuxudur. Bir neçə gün öncə gəlib şəhəri gəzmişik. Bakı doğrudan da möhtəşəm şəhərdir. Bura bizi valeh etdi. Bu yarışma inanılmaz dərəcədə möhtəşəmdir və mənim üçün çox həyəcanlı bir təcrübədir. Burada olmaq arzunun gerçəyə çevrilməsidir”, – deyə Fluxa vurğulayıb.
O əlavə edib ki, komandasındakı gənclərə inanır:
“Biz Bakıdan daha böyük təcrübə ilə geri dönəcəyik. Bakı ICPC 2025 bizim üçün çox böyük fürsətdir”.
Qeyd edək ki, ICPC dünya finalı kompüter elmləri üzrə dünyanın ən nüfuzlu tələbə müsabiqələrindən biri hesab olunur. Hər il 70-dən çox ölkədən ən istedadlı gənc proqramçılar bu yarışda iştirak edirlər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər