Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, magistratura səviyyəsində "Ekologiya mühəndisliyi" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərovla Sopron Universitetinin rektoru professor dr. Attila Fabian tərəfindən imzalanıb.
2025/2026-cı tədris ilindən başlayaraq innovativ proqram magistr tələbələrinə unikal mədəniyyətlərarası və təhsil təcrübəsi təqdim edəcək. İngilis dilində tədris olunacaq proqramın iştirakçıları iki semestr Azərbaycan Texnologiya Universitetində, digər iki semestr isə Sopron Universitetində təhsil alaraq iki müxtəlif akademik mühit təcrübəsi qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təhsilini başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin magistr dərəcələri veriləcək.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)