Bütün xəbərlər
4 mart, 13:43

Martın 4-də ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.

“Dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və qabaqcıl universitetlərin rəhbər heyəti, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və yerli aparıcı ali təhsil müəssisələrinin rəhbər heyəti iştirak ediblər.

“Dəyirmi masa”da açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayıb, səfərin hər iki ölkənin ali təhsil müəssisələri arasında artan inkişafa verəcəyi töhfənin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən rektor qeyd edib ki, hər iki ölkə müstəqilliyin əldə olunmasının ilk illərindən təhsilə diqqəti artırıb, çünki təhsil olmadan inkişaf yoxdur. Rektor hazırda ADA Universitetində 22 qazaxıstanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alim Bayel çıxışında qeyd edib ki, bu gün hər iki ölkənin təhsil sahəsində əməkdaşlığı üçün çox önəmli gündür: "İlk dəfədir ki, Bakıda Qazaxıstan universitetlərinin sərgisi açılacaq. Qazaxıstan, eləcə də Azərbaycan təhsil sahəsində islahatlar aparır. Qazaxıstanda bir sıra nüfuzlu universitetlərin filialları açılır. Biz istəyirik ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələrdə təhsil aparıcı istiqamətlərdən biri olsun. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir".

Daha sonra çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek qeyd edib ki, bu gün bütün dünyada akademik mobillik güclənib. Qazaxıstana xaricdən gələn tələbələrin, eləcə də nüfuzlu universitetlərin ölkəsindəki filiallarının da sayı artıb. Nazir xüsusi olaraq da Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük imkanların olduğunu deyib. Dünyada ali təhsil sahəsində böyük bazarın formalaşdığını diqqətə çatdıran nazir hər iki ölkənin bu sahədə imkanlarını yüksək qiymətləndirib. Nazir ali təhsil müəssisələrinin transformasiyasından da danışıb. Qazaxıstanlı nazir xüsusən Qarabağ Universiteti ilə bağlı fikirlərini çatdırıb və həmkarlarını cari tədris ilindən fəaliyyətə başlayan Qarabağ Universiteti ilə əməkdaşlığa səsləyib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev tədbirin qonaqlarını salamlayıb, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan danışıb.

Qazaxıstanın Lev Qumilyov adına Universitetinin rektoru Yerlan Sydykov tədbirin əhəmiyyətindən danışaraq tədbirin Azərbaycan və Qazaxıstanın elm və təhsil sahəsində əməkdaşlığının güclənməsinə və inkişafına töhfələr verəcəyinə əminliyini ifadə edib. Rektor hazırda Azərbaycan universitetlərində aparılan layihələrdən danışıb. 

Daha sonra Qazaxıstanın "Beynəlxalq Proqramlar Mərkəzi" ASC-nin İdarə Heyətinin sədri Adil Kusmanov qazaxıstanlı gənclərin xaricdə təhsilini həyata keçirən "Bolaşak" beynəlxalq təqaüdü haqqında çıxış edib. Çıxışında xaricə təhsil sahəsində əldə olunmuş təcrübədən, xarici ali məktəblərlə əməkdaşlığın inkişafından danışıb.

Daha sonra çıxış edən hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrdən, əməkdaşlıq imkanlarından danışıblar. 

“Dəyirmi masa” çərçivəsində ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadənin moderatorluğu ilə “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsi keçirilib.  

Fariz İsmayılzadənin moderatorluğu ilə "Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları" mövzusunda davam edən tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qazaxıstanın Ş.Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin rektoru Berik Əhmədov, "Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi" mövzusunda  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Qazaxıstanın Jubanov adına Dövlət Universitetin İdarə Heyətinin sədri rektor Laura Karabasova, "Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması" mövzusunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazaxıstanın Milli Qadın Pedaqoji Universitetinin İdarə Heyətinin sədri, rektor Gülmira Kanay, Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin İdarə Heyətinin üzvü Fuad Hacıyev çıxış ediblər. 

Panel müzakirəsində ölkələr arasında qarşılıqlı ikili diplom proqramlarının effektiv tətbiqi, innovasiya, elmi-tədqiqat və qarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. 

Müzakirələrdən sonra hər iki ölkənin universitetləri arasında qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib. Tədbirin sonunda "dəyirmi masa" iştirakçıları birgə fotoşəkil çəkdiriblər. 

1 /7

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.