Bütün xəbərlər
23 sentyabr, 11:06

Sentyabrın 23-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirak ediblər.

Mərasim zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” imzalanaraq qüvvəyə minib.

Hər iki sənəd iki qardaş ölkə arasında təhsil əməkdaşlığını yeni keyfiyyət mərhələsinə daşımaqla, ortaq layihələrin icrası, müəllim-tələbə mübadiləsi, kurikulumların uyğunlaşdırılması və peşə təhsili sahəsində birgə təşəbbüsləri əhatə edir.

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də möhkəm təmələ əsaslandır. Nazir imzalanan sənədlərin birgə gələcəyimizi daha da möhkəmləndirərək iki ölkənin təhsil sistemlərinin daha sıx inteqrasiyasına xidmət edəcəyini diqqətə çatdırıb.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin çıxışında Azərbaycanla təhsil sahəsində əməkdaşlığın Türkiyə üçün prioritet olduğunu qeyd edib. Y.Tekin əlavə edib ki, tərəflər bu əməkdaşlığı yalnız rəsmi sənədlərlə deyil, konkret fəaliyyət və layihələrlə də gücləndirmək niyyətindədir.

Qeyd edək ki, görüş çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetinin fəaliyyəti ilə yaxından tanış olub. Universitetdə aparılan bərpa və quruculuq işləri, yaradılan təhsil imkanları və tədris prosesi nümayəndələrin xüsusi marağına səbəb olub.

1 /1

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.