Bütün xəbərlər
14 aprel, 14:53

2025-ci il 8–10 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi” baş tutub. Sayca 10-cu dəfə keçirilən bu beynəlxalq tədbir ali təhsilin beynəlmiləlləşdirilməsi, strateji tərəfdaşlıqların qurulması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İstanbulun Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində təşkil olunan Zirvə 65 ölkədən 2000-dən artıq iştirakçını – ali təhsil rəhbərlərini, akademikləri, beynəlxalq təşkilat nümayəndələrini və sənaye təmsilçilərini bir araya gətirib. Tədbir çərçivəsində 150-dən çox ali təhsil müəssisəsinin stendi nümayiş etdirilib, 60-dan artıq panel müzakirəsi və 150 beynəlxalq ekspertin iştirakı ilə paralel sessiyalar həyata keçirilib. Sessiyalarda ali təhsildə beynəlmiləlləşmə trendləri, tələbə və müəllim mobilliyi, Erasmus+ proqramı, rəqəmsal transformasiya, keyfiyyət təminatı və davamlı akademik əməkdaşlıq kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu nüfuzlu beynəlxalq tədbirdə İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Xarici əlaqələr şöbəsinin Ortaq təhsil proqramlarının idarə olunması sektorunun müdiri Könül Şirinova tərəfindən təmsil olunub. Nümayəndələr universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və beynəlmiləlləşmə strategiyasının təqdimatı istiqamətində fəallıq nümayiş etdiriblər.

Zirvə çərçivəsində AzMİU nümayəndələri Koç, Boğaziçi, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti kimi Türkiyənin aparıcı ali təhsil ocaqları ilə yanaşı, Malayziya, Kanada, Polşa və Rumıniyadan olan universitetlərin və xaricdə təhsil şirkətlərin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Görüşlər çərçivəsində əcnəbi tələbələrin AzMİU-ya cəlb olunması, tələbə və akademik mobilliyi, birgə tədqiqat layihələri və qarşılıqlı əməkdaşlıq imkanları məsələsi əsas prioritet istiqamət kimi diqqət mərkəzində olub. 

Tədbir çərçivəsində təşkil edilən sərgi zonasında AzMİU-nun stendi də təqdim olunub. Stend vasitəsilə universitetin tədris proqramları, tədqiqat istiqamətləri, mövcud beynəlxalq əməkdaşlıqları və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumatlar təqdim edilib. Ziyarətçilərə tanıtım broşürləri və digər çap materialları paylanılıb. Stendə müxtəlif ölkələrin universitet rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici tələbələr maraq göstəriblər.

Qeyd edilməlidir ki, AzMİU beynəlxalq əlaqələrin genişləndirilməsini, akademik mobilliyin stimullaşdırılmasını və tələbələr üçün qlobal təhsil imkanlarının yaradılmasını əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Bu kontekstdə “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi”ndə iştirak, AzMİU-nun Avrasiya regionunda çoxşaxəli inkişaf edən və beynəlxalq əməkdaşlıqlara açıq ali təhsil müəssisəsi kimi mövqeyini bir daha təsdiqləyib.

1 /8

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.