Bütün xəbərlər
22 yanvar, 10:16

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əlaqələrini daha da genişləndirmək istiqamətində növbəti uğurlu addım atıb. Bu məqsədlə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə Türkiyənin Konya Texniki Universitetinin rektoru professor Osman Nuri Çelik arasında onlayn görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Belə ki, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər iki universitetin rektorları ilə yanaşı, prorektorlar və müxtəlif struktur bölmələrin rəhbərləri də iştirak ediblər. Görüşdə təhsil və elmin inkişafına dair aktual mövzular müzakirə edilib, ortaq fikir mübadiləsi aparılıb. 

Tərəflər əməkdaşlığın iki qardaş ölkənin təhsil sahəsində əlaqələrini genişləndirəcəyinə əminlik ifadə ediblər. 

Görüşün sonunda AzMİU ilə Konya Texniki Universiteti arasında onlayn şəkildə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində ali təhsil müəssisələri birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqatların aparılması,  elmi seminar və konfransların keçirilməsi, birgə nəşrlərin çap olunması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək istiqamətində gördüyü işlər universitetin, həmçinin Azərbaycan elminin qlobal miqyasda tanınmasına xidmət edir. Bu müqavilə də təhsil və elmin inkişafı istiqamətində uğurlu nəticələr verəcəyinə dair böyük ümidlər yaradır.

1 /4

Xəbər lenti

22 yanvar, 14:40

BMU Çin universitetləri ilə ikili diplom proqramına başlayır

22 yanvar, 14:30

BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 yanvar, 14:16

Ortaq türk ədəbiyyatı və coğrafiyası dərslikləri hazırlanır

22 yanvar, 13:36

“Parla” məzunu: “Yeni fürsətlər məni gözləyirdi”

22 yanvar, 13:28

Ölkənin 19 STEAM Mərkəzində təlimlər davam edir

22 yanvar, 12:56

Sosial pedaqoq kimdir? Nəyi bilməlidir?

22 yanvar, 12:29

"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

22 yanvar, 12:15

Lənkəran məktəbliləri gözdən əlillər üçün xüsusi eynək hazırladılar

22 yanvar, 12:14

LDU-da Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

22 yanvar, 12:10

UNEC-ə qəbul olmaq istəyən əcnəbilərin sənəd qəbulu başlayıb

22 yanvar, 11:55

“Bağçalar yalnız uşağın gün keçirməsinə xidmət etməməlidir” – Psixoloq

22 yanvar, 11:53

GDU Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsində yer alıb  

22 yanvar, 11:25

Peşə təhsili müəssisələrinə direktor və müavinlərin işə qəbuluna başlanılır

22 yanvar, 11:15

Ekspert: Kiçikyaşlı şagirdlər smartfonların müstəqil istifadəsinə hazır deyillər

22 yanvar, 11:12

İmişlidə qəzada yaralanan məktəbli xəstəxanada dünyasını dəyişib

22 yanvar, 11:02

Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar

22 yanvar, 11:01

“Reytinqlərdə ön sıralarda olmaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

22 yanvar, 10:56

Tələbə yataqxanaları ilə bağlı yeni layihə olacaq

22 yanvar, 10:26

MDU-da Gənc Alimlər Şurasının növbəti iclası keçirilib

22 yanvar, 10:25

Fond sədri: Təhsil işçilərinə dəstək məqsədilə “TəhsilPlus” kartı istifadəyə veriləcək - MÜSAHİBƏ

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.