Bütün xəbərlər
22 yanvar, 11:15

Tədris prosesində diqqəti yayındırdığı üçün dünyanın təxminən hər dörd ölkəsindən biri məktəblərdə telefonların istifadəsini qadağan edib. Beynəlxalq ekspertlərin fikrincə, hətta işlətməsə belə, şagirdin yanında bir telefonun olması onun diqqətinin yayınması üçün kifayətdir. 

Azərbaycan da məktəblərdə telefonlardan istifadəni qadağan edən ölkələrdəndir. Artıq 300-dək ümumtəhsil müəssisəsində qadağalar qüvvəyə minib. Ancaq təhsil ictimaiyyətinin də məsələyə yanaşması birmənalı deyil. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli hesab edir ki, smartfonlardan dərsdə istifadə ilə bağlı müxtəlif fikirlər var: 

“Fikrimcə, smartfonlar dərs zamanı yalnız öyrənməyə xidmət edirsə, o zaman istifadə oluna bilər. Ancaq bu məsələ məktəbin xüsusi mexanizmləri ilə tənzimlənməlidir”.

Ekspertin qənaətinə görə, müəyyən texnologiyalar bəzi kontekstlərdə faydalı ola bilər, amma onlardan həddindən artıq çox istifadə faydalı olmur. Əksinə, fikrin yayınmasına gətirib çıxarır, şagirdlərin dərsə köklənməsini əngəlləyir. Mobil telefonun yaxınlıqda hətta istifadəsiz şəkildə olması belə şagirdlərin dərs prosesinə köklənməsinə imkan vermir.

Smartfonların dərsdə şagirdlərdə qalmasının nəticələri ilə bağlı müxtəlif qlobal hesabatların olduğunu deyən H.Eminli onlardan birinə - UNESCO hesabatına istinad edərək qeyd edib ki, Britaniya, Belçika, İspaniya kimi ölkələrdə smartfonların sinif otağından kənarlaşdırılması öyrənmə nəticələrinə müsbət təsir göstərib. Hətta zəif oxuyan uşaqlar belə, smartfon yanlarında olmayanda daha yaxşı nəticə göstəriblər:

“Həmçinin məktəb daxilində smartfondan istifadə şagirdin rəqəmsal təhlükəsizliyini təhdid edir. Bu, konfidensiallıq, şəxsi məlumatların yayılması kimi problemlər yarada bilər. Xüsusən də kiçikyaşlı şagirdlər smartfonların müstəqil istifadəsinə emosional cəhətdən hazır deyillər”.

Mütəxəssisin fikrincə, bütün bunlara baxmayaraq, texnoloji alətlər dərs zamanı yalnız öyrənməyə xidmət edirsə, sinif otağına buraxıla bilər.

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.