
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında universitetin 50 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminara kafedranın professor-müəllim heyəti ilə yanaşı, universitetin elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, magistrant və doktorantlar qatılıblar.
Kafedranın professoru Yaşar Xatib “Fövqəladə halların idarə olunması və risklərin qiymətləndirilməsi” mövzusunda çıxış edərək apardığı elmi araşdırmalar və əldə olunmuş nəticələr ətrafında seminar iştirakçılarını məlumatlandırıb. Professor İngiltərə və Azərbaycan bu sahəyə dair mövcud qanunvericilik sənədlərini təhlil edərək müqayisəli analizlər aparıb.
Seminar iştirakçıları təqdim olunan mövzu ətrafında geniş fikir mübadiləsi aparıb, spikerə müxtəlif suallar ünvanlayıblar. Yaşar Xatib verilən sualları ətraflı şəkildə cavablandıraraq auditoriyanın mövzuya olan marağını daha da artırıb.
AzMİU-nun 50 illik yubileyi çərçivəsində keçirilən bu seminar elmi araşdırmaların müzakirə edildiyi səmərəli platforma kimi yadda qalıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər