Bütün xəbərlər
14 aprel, 14:32

“Ümummilli Liderin dövlət quruculuğu və hüquqi islahatlar sahəsindəki fəaliyyəti nəticəsində bu gün Azərbaycanda müstəqil, demokratik və hüquqi dövlət bərqərar olub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans zamanı deyib.

Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb.

Həmçinin çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində əldə edilmiş tarixi qələbənin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə yanaşı milli qürurumuzun bərpası, həm də dünyaya ədalətin gec ya da tez bərqərar olduğuna dair bir mesaj olduğu bildirilib.

Tarixə nəzər salan Baş prokuror, SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılmasından illər sonra Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalamasını və 2024-cü ilin sentyabr ayının 20-də isə Universitetin təmirindən sonra, açılışında şəxsən iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşməsinin növbəti dəfə tarixi ədalətin bərqərar edilməsi kimi qiymətləndirib.

Tədbirdə həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Elçin Yusubov çıxış edib. O, çıxışında Qarabağın suveren Azərbaycan dövləti çərçivəsində inteqrasiyası, dövlət idarəçiliyinin bərpası və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib, Heydər Əliyev irsinin bu prosesdə yolgöstərici rolunu xüsusi qeyd edib.

Konfrans çərçivəsində “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimli, Xankəndi şəhər məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev, Xankəndi şəhər prokuroru Rəşadət Orucov və Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev çıxış edərək Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, hüquqi islahatlara yanaşması və suverenliyin qorunması istiqamətində atdığı addımlardan ətraflı bəhs ediblər. 

Məruzəçilər 1995-ci il Konstitusiyasının qəbulu ilə əsaslanan hüquqi bazanın bu gün də ölkənin inkişafına möhkəm zəmin yaratdığını bildiriblər.

Daha sonra Qarabağ Universitetinin “Maarifləndirmə və hüquq mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş prokurorunun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb. 

Qeyd edilib ki, ilk olaraq 24 may 2024-cü il tarixdə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış memoranduma 2024-cü ilin avqust ayının 16-da Naxçıvan Dövlət Universiteti də qoşulmuşdur. 

Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası QSC ilə birgə ərsəyə gətirilmiş “Azərbaycanın suverenlik yolu” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. 

Film ölkəmizin müstəqilliyə gedən yolunu, hüquqi dövlət quruculuğu prosesini və suverenliyin təmin olunmasında hüquq sisteminin rolunu əks etdirir.

Tədbirin sonunda xatirə fotoşəkli çəkilib.

1 /5

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.