
Bakı Dövlət Universitetində (BDU) ali təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tədris və tədqiqat proseslərinə effektiv inteqrasiyasını təşviq etmək məqsədilə növbəti təlim keçirilib.
BDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, universitetin Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilən təlimdə iştirakçılara Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 DİM-in ali təhsildə rolu, bu məqsədlərin tədris və elmi-tədqiqat fəaliyyətlərinə inteqrasiyası, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan qabaqcıl metodologiyalar haqqında ətraflı məlumat təqdim olunub.
Təlimin interaktiv formatı iştirakçılar arasında aktiv müzakirələrə imkan yaradıb. Müzakirələr zamanı BDU-nun strateji inkişaf istiqamətlərinin DİM-lərlə uzlaşdırılması, ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılması və bu istiqamətdə qarşıda duran vəzifələr geniş şəkildə nəzərdən keçirilib.
Bu təşəbbüs BDU-nun ali təhsildə qlobal çağırışlara cavab verən, dayanıqlı və məsuliyyətli yanaşmanı dəstəkləyən institusional fəaliyyətinin mühüm bir hissəsi olaraq qiymətləndirilir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər