Bütün xəbərlər
24 aprel, 17:10

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qədim yurd yerlərimiz, söykökümüz - Aşıq Ələsgər” adlı tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin Qərbi Azərbaycan ruhunda, Aşıq Ələsgər nəfəsində keçirildiyini vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında Aşıq Ələsgərin irsini təkcə poeziya deyil, milli yaddaşın bir daşıyıcısı kimi qiymətləndirib. Rektor bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti milli irsə sadiq qalaraq gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsini daim diqqətdə saxlayır.

Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Aşıq Ələsgərin təkcə böyük söz ustadı deyil, həm də Qərbi Azərbaycanın yaddaşını, dərdini, sevincini, torpaq həsrətini sazı ilə, sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu qeyd edib.

Sonra Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, kafedranın dosenti Qüdrət Umudov isə “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxış edənlərdən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov,  “Dədə Ələsgər” İctimai Birliyinin sədri Xətai Ələsgərli Aşıq Ələsgərin təkcə bir aşıq deyil, həm də milli ruhun, azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi vurğulayıblar.

Tədbirin bədii hissəsində ADPU-nun hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr professor Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsini səsləndiriblər. Milli rəqslər və Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələrdən ibarət bədii kompozisiyalar nümayiş etdirilib.

1 /20

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.