Bütün xəbərlər
24 aprel, 15:17

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universitetdə elmi-tədqiqat təcrübəsində olan Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin magistr tələbələri ilə görüşüb.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Qazaxıstan universitetləri ilə sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor, dosent R.Əzizov iki ali təhsil müəssisəsi arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən danışıb. Elmi-tədqiqat təcrübəsinin tələbələr üçün faydalı olacağına ümidvar olduğunu bildirib və  onlara uğurlar arzulayıb.

ADNSU-da səmimi qarşılanma və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirən Satbayev Universitetinin tələbələri Bakı, o cümlədən ADNSU haqqında onlarda gözəl təəssüratlar yarandığını bildiriblər və buradakı təcrübənin vacibliyini qeyd ediblər.

Görüşün sonunda rektor R.Əzizova xatirə hədiyyəsi  təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, universitetlər arasındakı əməkdaşlıq çərçivəsində Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin 19 nəfər magistr tələbəsi iki həftə müddətində - aprelin 21-dən mayın 5-dək ADNSU-da təcrübə keçəcəklər. Onların burada elmi-tədqiqat təcrübələsinə cəlb olunması, tədris prosesində yaxından iştirakı, həmçinin laboratoriyalarda təqdiqat işlərində iştirakı nəzərdə tutulub. 

1 /4

Şərhlər

Xəbər lenti

24 aprel, 20:56

Azərbaycanlı tələbənin çəkdiyi rəsm 15 min dollara satıldı

24 aprel, 20:20

Çin astronomları qalaktikada qeyri-adi obyekt aşkar ediblər

24 aprel, 19:00

Süni intellekt aritmiya riskini əvvəlcədən müəyyən edə biləcək

24 aprel, 18:17

Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

24 aprel, 18:02

“Qrafik dizayner” ixtisası üzrə qısamüddətli təlimlər davam edir

24 aprel, 17:16

NDU-da II Respublika elmi konfransı keçirilib

24 aprel, 17:10

“Qədim yurd yerlərimiz, söykökümüz - Aşıq Ələsgər” adlı tədbir keçirilib

24 aprel, 17:06

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

24 aprel, 17:05

Region məktəblərində iqlim dəyişikliyi ilə bağlı təlimlər keçirilib

24 aprel, 17:01

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

24 aprel, 16:55

Dövlət Proqramı iştirakçısı beynəlxalq tədbirdə çıxış edib

24 aprel, 16:55

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

24 aprel, 16:37

Azərbaycanda PISA qiymətləndirməsi tam elektronlaşdırılacaq

24 aprel, 16:32

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

24 aprel, 16:14

697 məktəbdə summativ qiymətləndirmə elektron formada keçirilib

24 aprel, 15:41

“Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

24 aprel, 15:26

Fərqli dillərdə təhsil alan şagirdlər mayın 4-də imtahan verəcəklər

24 aprel, 15:23

Elektron jurnaldan istifadə edən məktəblərin sayı açıqlanıb

24 aprel, 15:14

ADPU-da “Peşəkar təcrübə proqramı”nın bağlanış mərasimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.