Bütün xəbərlər
24 aprel, 19:00

Amerikalı alimlər süni intellekt əsasında yeni texnologiya hazırlayıblar.

“Azərbaycan müəllimi” “Oxford Academic” jurnalına istinadən xəbər verir ki, bu texnologiya insanın ürək ritm pozğunluğu, yəni qulaqcıq fibrilyasiyası riskini müəyyən etməyə imkan verir və vaxtında tədbir görməyə şərait yaradır.

Bu yeni sistem elektron tibbi kartlardakı məlumatları süni intellektlə analiz edir. Alqoritm yaş, boy, çəki, ürək, böyrək xəstəlikləri, şəkərli diabet və zərərli vərdişlər (məsələn, siqaret və ya spirt istifadəsi) kimi göstəriciləri nəzərə alır. Əgər risk həddən artıq olarsa, sistem həkimi xəbərdar edir və əlavə müayinələr təklif edir.

Texnologiya ABŞ-də böyük bir klinikada sınaqdan keçirilib və kardiologiya bölməsinə inteqrasiya olunub. Həkimlər sistemin istifadəsinin asan və gündəlik praktikaya uyğun olduğunu bildiriblər.

Qulaqcıq fibrilyasiyası böyüklərdə ən çox rast gəlinən və təhlükəli aritmiya növlərindən biridir. Uzun müddət əlamətsiz keçsə də, tromb əmələ gəlməsi və insult kimi ağır fəsadlara səbəb ola bilər. Qulaqcıq fibrilyasiyası zamanı ürək ritmsiz və xaotik döyünür. Bu, qan dövranının pozulmasına, tromb əmələ gəlməsinə və onların digər orqanlara keçərək infarkt və insult kimi hallara səbəb olmasına yol açır. Bu aritmiya ürək çatışmazlığı riskini 3 dəfə, insult riskini 5 dəfə, ölüm riskini isə 1.5–3.5 dəfə artırır. Bu səbəbdən xəstəlik ciddi əlillik və ölüm hallarının əsas səbəblərindən biridir.

Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin riskini vaxtında müəyyənləşdirmək və profilaktik tədbirlər görmək vacibdir. Ənənəvi dərman müalicəsi zamanla təsirini itirə bilər. Dərmanlar simptomları nəzarətdə saxlamağa kömək etsə də, problemi tam həll etmir.

Mütəxəssislər süni intellektin bu sahədə böyük perspektivlər açdığını vurğulayırlar. Belə texnologiyalar həkimlərə yüksək risk qrupundakı pasiyentləri vaxtında aşkarlamağa və müvafiq müalicəyə başlamağa kömək edir. Gələcəkdə bu üsullar digər ciddi xəstəliklərin erkən aşkarlanmasında da istifadə oluna bilər.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.