
“Rəqəmsal məktəb platformasının əsas məqsədi tədrisin keyfiyyətini izləməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.
O bildirib ki, müəllim dərs zamanı şagirdlərin davranışı və akademik göstəriciləri ilə bağlı qeydlər aparır. Nəticə etibarilə 45 dəqiqəlik dərsin necə təşkil olunduğu və hansı şəkildə keçirildiyi barədə sistem üzərindən məlumat əldə etmək mümkün olur. Qeydiyyat yalnız həmin gün ərzində aparılır, növbəti gün əvvəlki tarixə dəyişiklik etmək mümkün deyil.
“426-ya yaxın məktəbdə elektron jurnal istifadə olunur ki, onlardan 100-dən çoxu region təhsil müəssisələrinin payına düşür. Lakin bütün məktəblərdə tam şəkildə kağız daşıyıcılardan nə vaxt imtina ediləcəyini dəqiq demək çətindir. Bununla belə, son məqsəd məhz budur”, – deyə sektor müdiri vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər