
5 oktyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üçün yuxarı yaş qrupu üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə ARTİ-dən məlumat verilib. Bildirilib ki, seçmə imtahanına ötən tədris ilində Respublika fənn olimpiadasında biologiya fənni üzrə qalib olan və finalda iştirak etmiş 8, 9 və 10-cu sinif şagirdləri (cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər) dəvət olunurlar.
İmtahan saat 11:00-da başlayır, şagirdlər 10:30-dan gec olmayaraq imtahan mərkəzində olmalıdırlar.
Nəzərinizə çatdırırıq ki, şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər