
Son dövrlər Bakı Mühəndislik Universitetinin (BMU) elmi potensialının daha da inkişafı, professor-müəllim heyətinin elmi məqalələrinin beynəlxalq standartlara uyğun hazırlanması, habelə onların dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər müsbət nəticələr verməkdədir.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
Belə ki, universitet əməkdaşlarının 2025-ci ilin I rübü ərzində dünyanın nüfuzlu elmmetrik bazalarına daxil olan jurnallarda məqalələrinin sayında artım qeydə alınıb. Hesabat dövründə universitet müəllimlərinin “Scopus” bazası üzrə ümumilikdə 28, “Web of Science” üzrə isə 13 məqaləsi nəşr edilib. “Scopus” üzrə məqalələrin təsnifatına baxdıqda, Q1 kateqoriyasında 11, Q2 kateqoriyasında 3, Q3 kateqoriyasında 5, Q4 kateqoriyasında 2, konfrans materialları kimi 7 məqalə yer alıb. Müxtəlif elm sahələrini əhatə edən məqalələr Rusiya, Belarus, İtaliya, Polşa, Hindistan və s. ölkələrin nüfuzlu elm adamları ilə birgə hazırlanıb.
Bütövlükdə bu nəticələr BMU-nun elmi imkanlarını bir daha təsdiqləməklə yanaşı, universitetin tədqiqat şəbəkəsinin genişləndirilməsində elmi mübadilə və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində mühüm addım hesab olunur.
Universitet əməkdaşlarının hədəfi tədqiqatlarını daha da inkişaf etdirmək, ölkəmizin elmi potensialını beynəlxalq səviyyədə tanıtmaqdan ibarətdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər