
Bakı Mühəndislik Universiteti (BMU) ilə Filippin Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Sulu Dövlət Universiteti arasında onlayn formatda görüş keçirilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramları, tələbə mübadiləsi imkanları və gələcək inkişaf planları barədə ətraflı informasiyaları diqqətə çatdırıb.
Sonra Sulu Dövlət Universitetinin rektoru professor Karisma S.Ututalum rəhbərlik etdiyi təhsil ocağının tarixi, tədris istiqamətləri, fakültələri və beynəlxalq əlaqələri haqqında təqdimatla çıxış edib. Bildirilib ki, universitet Filippinin aparıcı dövlət ali təhsil müəssisələrindən biridir. Universitet mühəndislik, təbiət elmləri, pedaqoji, biznes və informasiya texnologiyaları sahələrində kadr hazırlığı aparır. Eyni zamanda universitet beynəlxalq əməkdaşlığa böyük önəm verir və müxtəlif ölkələrin ali məktəbləri ilə tərəfdaşlıq münasibətləri qurur.
Görüş zamanı BMU ilə Sulu Dövlət Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin reallaşdırılması, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili kimi mühüm istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə tərəflər əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı qarşılıqlı maraqlarını ifadə ediblər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər