Bütün xəbərlər
17 aprel, 10:46

Böyük Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti və BA Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Gələcəyi idarə etmək: Azərbaycanda enerji keçidinin hədəfləri, texnoloji yeniliklər və çağırışlar” mövzusunda tədbir təşkil edilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, BA Mədəniyyət Mərkəzinin təsisçisi Billurə Bayramova-Bernardın sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın enerji keçidi strategiyası çərçivəsində aktual mövzuların, xüsusilə də bərpaolunan enerji, dekarbonizasiya və texnoloji innovasiyaların akademik və sənaye mütəxəssisləri tərəfindən geniş müzakirəsini təmin etmək olub.

Tədbiri universitetin Azərbaycan Cəmiyyətinin prezidenti İbrahim Xasıyev açaraq ölkənin və ümumilikdə regionun enerji gələcəyi ilə bağlı yeni yanaşmalar və baxışların paylaşılmasına zəmin yaradıb.

Panel müzakirələrində Aberdin Universitetinin tədqiqatçısı Alfonso Martinez Felipe, tanınmış enerji eksperti professor Alexander Kemp, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və enerji sektorundakı şirkətin nümayəndəsi Fərizə Əliyeva çıxış ediblər. Məruzələrdə hidrogen texnologiyalarının enerji sistemindəki rolu, dekarbonizasiya strategiyaları, Aberdin şəhərinin öz enerji keçidi təcrübəsi və Azərbaycanda bu sahədə tətbiq edilə biləcək innovativ həllər müzakirə olunub.

Tədbirdə, həmçinin enerji keçidinin uzunmüddətli təsirləri, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və texnoloji yeniliklərin sektorun inkişafına təsiri xüsusi vurğulanıb. Müzakirələrdən sonra iştirakçılar arasında sual-cavab və fikir mübadiləsi baş tutub. Qısa fasilə zamanı tələbələr, akademiklər və sənaye nümayəndələri arasında şəbəkələşmə imkanları da yaradılıb.

“Azərbaycan üçün təmiz enerjiyə keçid həm bir çağırış, həm də böyük fürsətdir. Əgər Azərbaycan bu sahədə qlobal təcrübədən yararlanarsa və texnologiyaya investisiya qoyarsa, regionun enerji keçidində lider ölkələrindən birinə çevrilə bilər”, - deyə Alfonso Martinez-Felipe qeyd edib.

Tədbir çərçivəsində beynəlxalq əməkdaşlığın və elmi bilik mübadiləsinin enerji keçidinin səmərəli reallaşmasında mühüm rol oynadığı qeyd olunub və Aberdin Universitetinin qlobal davamlılıq məsələləri ilə bağlı dialoqun təşviqinə sadiqliyi vurğulanıb.

1 /8

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.