
Bakı Slavyan Universiteti (BSU) ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) arasında imzalanmış anlaşma memorandumunun fəaliyyət planı çərçivəsində I müzakirə iclası keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda çıxış edən rektor Anar Nağıyev 2025–2026-cı tədris ilindən etibarən BSU-da regionşünaslıq (Mərkəzi Asiya üzrə) ixtisası çərçivəsində əməkdaşlığın gücləndiriləcəyini və özbək dili üzrə mütəxəssis hazırlığına başlanılacağını diqqətə çatdırıb. Bununla yanaşı, yeni tədris ilində BSU-da özbək dili və ədəbiyyatının, DDPU-da isə Azərbaycan dili və ədəbiyyatının tədrisinin təşkil olunacağı qeyd edilib.
DDPU-nun rektoru Abduqaffar Qırğızbayev çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və Özbəkistanda təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. O, BSU ilə sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüş tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər