Bütün xəbərlər
14 yanvar, 14:14

2025-ci ilin yanvar, fevral və avqust aylarında “planetlərin paradı” kimi tanınan nadir astronomik hadisə müşahidə olunacaq. 

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanır və Yerdən eyni vaxtda görünür.

“Planetlərin paradı” – Günəş sistemindəki bütün və ya bəzi planetlərin Günəşdən bir tərəfdə, kiçik bir sektorda yerləşməsi ilə baş verən astronomik hadisədir. Bu zaman planetlər səmada bir-birinə nisbətən yaxın görünür və hətta bir xətt boyunca düzüldüyü təsiri yaranır. Lakin bunu tam mənası ilə başa düşmək doğru olmaz, çünki Günəş sistemindəki planetlərin hamısı eyni müstəvidə deyil, ekliptika yaxınlığında fərqli müstəvilərdə, müxtəlif orbitlərdə fırlanır. Buna görə də planetlərin tam bir xətt boyunca düzülməsi mümkün deyil.

Hadisə zamanı Günəşdən bir tərəfdə dörd planet bir sektorda düzülərsə, bu, kiçik parad adlanır. Altı planet düzülərsə, böyük parad, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir. Üç planetin bir-birinə yaxınlaşdığı mini-parad ildə bir neçə dəfə, dörd planetin yaxınlaşdığı kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda – təxminən 170-180 ildən bir müşahidə olunur.

2025-ci ildə müşahidə olunacaq “planetlərin böyük paradları”:

21 yanvar 2025-ci il: Axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

28 fevral 2025-ci il: Axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

11 avqust 2025-ci il: Səhər saatlarında 6 planeti - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq.

“Planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir. Bu cür hadisələr astronomiyaya olan marağı artırır və gecə səmasını daha da gözəlləşdirir.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.