Bütün xəbərlər
10 fevral, 10:46

“Bullinqi birlikdə dayandıraq” layihəsinin icrası uğurla davam etdirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə üzrə təlimçi-psixoloq Simuzər Şərifova tərəfindən şagirdlərə mövzu ilə bağlı təlimlər təşkil edilib. Şagirdlər arasında bullinqlə bağlı inşa müsabiqəsi, şüar müsabiqəsi, kitab müzakirəsi aparılmış, şagirdlərin fikirləri alınıb.

Layihənin məqsədi məktəblərdə bullinq hallarının qarşısını almaq, şagirdləri bu problemlə üzləşməkdən xilas etmək, bullerləri humanist əməkdaşlığa səsləməkdir. Məlumat üçün bildirək ki, layihənin icra müddəti 4 aydır. Bu müddətdə psixoloq tərəfindən müəllim, valideyn və şagirdlərə təlimlər keçiriləcək. Şagirdlər arasında bullinq hallarının aşkarlanıb aradan qaldırılması üçün sorğu və seminarlar keçiriləcək.

Layihənin sonunda şagirdlər arasında bullinq hallarının azaldılması, depressiya, ifrat narahatlıq, psixoloji böhranın aradan qalxması, özünəinam hissinin artması, şagirdlərin yaşıdları, müəllimləri, valideynləri ilə münasibətlərinin yaxşıya doğru dəyişməsi, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsi, akademik nəticələrin artması gözlənilir.

Qeyd edək ki, layihə Elza Hüseynova tərəfindən Şəmkirdə icra olunur.

1 /3

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.