Bütün xəbərlər
14 aprel, 17:33

Təhsildə qızların qazandığı uğurlar təkcə fərdi nailiyyət deyil. Bu, həm də ailənin, məktəbin, cəmiyyətin və bütövlükdə təhsil sisteminin yetişdirdiyi sağlam gələcəyin göstəricisidir. Bu günlərdə belə bir uğur hekayəsinin müəllifi Gülçin Kərimova olub. O, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir şəhər F. Həşimov adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Gülçin qazandığı nəticələr, iştirak etdiyi beynəlxalq layihələr, səbirli və ardıcıl zəhməti ilə gənc qızların təhsildə necə irəliləyə biləcəyini nümayiş etdirir.

Gülçinin hazırlıq strategiyası

Gülçin deyir ki, imtahana 1 ay qalana qədər müəllimlərinin verdiyi gündəlik tapşırıqları yerinə yetirib: “Bu, həm motivasiyamı qorumağa, həm də fənlər üzrə boşluqlarımı vaxtında aradan qaldırmağa imkan verirdi. Son bir ayda isə diqqətimi, əsasən, buraxılış fənlərinə yönəltdim və gündəlik sınaqlar işləməklə hazırlıq tempimi yüksəltdim.

Bu yolda müəllimlərimin rolu danılmazdır. İstər ingilis dili müəllimim Elmira müəllim, istər Azərbaycan dili müəllimim Günəş müəllim, istərsə də riyaziyyat müəllimim Rəhilə müəllim hər bir çətinlikdə dərhal yanımda idilər. Nə zaman kömək istəsəydim, dəstək göstərirdilər. Onların səbri və izah tərzi mənim bu yolda inamla irəliləməyimə kömək oldu.

Son həftələr isə hər fəndən gündəlik 2-3 tapşırıq işləmək kifayət edirdi. Bu mərhələdə artıq mövzulara bələd idim, diqqətimi təkrar və möhkəmləndirməyə yönəltmişdim. 

Məncə, hər şagird öz potensialını bilməlidir. Xüsusilə də son aylar imtahana hazırlığın ən həssas mərhələsidir və bu dövrdə maksimum şəkildə diqqətli, səbirli olmaq lazımdır. Mən də bu prinsiplə çalışdım və nəticəsini gördüm.

Buraxılış imtahanından sonra isə hazırlığıma blok fənləri üzrə davam etdim. İndi diqqətim tam olaraq kimya, biologiya və fizika fənlərinə yönəlib. Artıq bu mərhələdə anlayıram ki, kəmiyyət yox, keyfiyyət önəmlidir. Saatlarla, gecə-gündüz dərs oxumaq həmişə doğru yanaşma deyil. 

Son ayda sadəcə mövzuları gözdən keçirmək belə kifayət edir. Əgər baza doğrudan da sağlam qurulubsa, nəticə qaçılmazdır”.

Xəyallarına inanan qız

Bəzən bir gəncin uğuru təkcə onun şəxsi nailiyyəti olmur. Bu, həm də bir cəmiyyətin ümidi, gələcəyə yazılan işıq dolu bir məktubdur. Gülçin bu məktubun müəllifidir – buraxılış imtahanında 300 bal toplayaraq maksimal nəticə əldə edən, xəyallarının arxasınca yorulmadan gedən, məqsədyönlü və özünəinamlı bir gənc.

O, bu günə qədər bir çox layihə və müsabiqələrdə iştirak edib, öyrənib və öyrəndikləri ilə fərqlənməyi bacarıb. “Sabahın alimləri” müsabiqəsində təqdim etdiyi “Greenland” adlı layihə ilə qazandığı uğur onun gələcəyə inamının başlanğıcı olub. Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsindəki uğurlu çıxışı, “eTwinning Plus” layihəsi çərçivəsində Türkiyə, Rumıniya və digər ölkələrdən olan şagirdlərlə əməkdaşlıq qurması və nəhayət, 48 ölkə arasından seçilərək “Innovate Your Dreams” beynəlxalq layihəsində iştirak etməsi Gülçinə dünya miqyasında bir təcrübə pəncərəsi açıb.

Bu yolun asan olmadığını özü də etiraf edir. Ancaq Gülçin tək deyil. Onun yanında ona inanan və daim dəstək olan müəllimləri var. Günəş Xudiyeva, Rəhilə Mustafayeva və Elmira Hüseynova kimi müəllimlər ona həyat yolunda istiqamət, bilik və ruh verən mənbə olublar. Ailəsinin rolu da bu hekayədə müstəsna yer tutur. Valideynlərinin ona verdiyi dəyər, təlim-tərbiyə üsulu və dayanıqlı dəstək bu nəticənin əsasında dayanır.

Gələcəyə dair planları böyükdür – həkim olmaq istəyir. Gülçin həkimliyi sadəcə peşə kimi deyil, insanlara kömək etmək üçün mənəvi bir missiya olaraq görür.

Gülçin deyir: “Əsl uğur bu gün dünənki səndən bir addım daha irəlidə olmaqdır. Hər gün bir addım ataraq özünü daha yaxşı formalaşdırmalısan. Həyatdakı ən böyük inkişaf keçmişdəki səhvlərdən və təcrübələrdən nəticə çıxarıb özünü daha da təkmilləşdirməkdir. Bunun üçün xəyallarınızın ardınca gedin! Çünki özünüzə inandığınız zaman dünya belə sizə yol verir”.

Gülçin Kərimova öz uğur hekayəsi ilə bir daha sübut edir ki, qızların təhsildəki nailiyyətləri sadəcə bir şəxsin deyil, bütün cəmiyyətin qazancıdır. O, savadlı, əzmkar, beynəlxalq dünyagörüşlü və vətənə bağlı bir şəxs kimi gənc nəsillərə nümunədir. Bu gün onun timsalında görürük ki, düzgün istiqamət verilsə, məktəb divarları arasında səslənən arzular bütün dünyaya çata bilər.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.